Leyla Əliyeva Gəncədə uşaqlara şənlik bəxş etdi - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Gəncə şəhərində valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi keçirilib.
Gəncə Uşaq Evi və SOS Uşaq Kəndləri Gəncə filialının nəzarətində olan, eləcə də şəhid ailələrindən olan şənlikdə 150 nəfərdən çox uşaq iştirak edib.
Tədbirdə uşaqlar üçün bayram süfrəsi açılıb, animator və maskotlar musiqi sədaları altında balaca dostları əyləndirib, onlar üçün maraqlı oyunlar təşkil edib, əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.
Qeyd edilməlidir ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrdən olan uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən onlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilir.





Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1367 Tarix: 01 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabr