İlaxır çərşənbə falları

İlaxır çərşənbə fallarıBu gün xalqımız ilaxır çərşənbəni qeyd edir.

İlaxır çərşənbə Novruz bayramından əvvəl qeyd edilən ən təntənəli bayramlardan biridir. Torpaq çərşənbəsi adlanan bu çərşənbəni xalqımız xüsusi təmtəraqla qeyd edir. Süfrələr ləziz təamlarala bəzədilir. Müxtəlif xalq oyunları, mərasimlər keçirirlir. Bu bayram insanlara pozetiv enerji verir. Bu gün insanlarda xüsusi bir canlanma baş verir, hər kəsin qəlbi bayram nəşəsi ilə dolur.

İlaxır çərşənbədə subay oğlanlar özlərinə gələcək həyat yoldaşı axtarmaq üçün daha aktiv olurlar. Papaq atma mərasimində oğlanlar evlərin qapı - bacasından papaq atar, ev sahibləri isə bayram tədarülkərindən olan nemətlərdən papağa qoyaraq həmin insanları sevindirərlər.
Bu bayram gənc qızların da sevimli bayramlarından biridir. Onlar ilaxır çərşənbədə müxtəlif fallardan istifadə edər, doyunca əylənərlər. Əsasən gələcək həyat yoldaşlarının kim olacağını bilmək arzusu onlara çox zövq verər.

1.Bu fallardan ən məşhuru qulaq falıdır. Ürəyində arzu tutan qızlar gizlincə qonşu evlərin qapısını pusmağa gedər, ilk eşitdiyi sözü arzusunun cavabı olaraq yozarlar. Ona görə də çərşənbə axşamı hamı yaxşı sözlər söyləməyə çalışar. Çünki hər zaman qapının arxasında birinin dayanıb onlara qulaq asa biləcəklərindən xəbərdardılar.

2.İlaxır çərşənbə günü qadınlar, qızlar bir evə evə toplaşaraq fal mərasimlərini yerinə yetirirlər. Qızlar bulaqdan, yaxud çaydan axar sudan "lal su" gətirilir. Buna ona görə "lal su" deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).
Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.
Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su "lal su" deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa, "a" deyə səs çıxarmışdır.

3.Yumurta və karandaşlar
Axır çərşənbə günü tövlənin pəncərəsinin ağzına (qabağına) bir yumurta, iki karandaş - qara və qırmızı karandaşlar qoyulur. Səhər həmin yumurtanın üstündə (üzərində) xətt olur (guya Xıdır xətt çəkir). Əgər qırmızı karandaşla xətt çəkilibsə, yumurta kimin bəxtinə qoyulubsa, o xoşbəxt olacaq. Qara karandaşla xətt çəkilibsə əksinə olacaqdır.

4.Duzlu kökə yemək
Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

5.Yeddi ulduz
Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.

6.Şax konfeti
Əvvəllər gəlin üçün şax bəzənərdi. Bu, taxtadan, daha doğrusu, odundan düzəldilmiş və bütün çıxıntılarına mıx çalınmış konusvarı, təxminən 1-1.5 metr hündürlüyündə figur idi ki, bunu da müxtəlif şirniyyatla, qoz-badamla, meyvə ilə bəzəyirlər. Həmin şaxdan qoparılmış konfeti axşamyeyib yatanda, guya adam yuxuda öz qismətini görür.

7.Subay qızlar bir evə yığışıb nişanlı qızların üzüklərinə sap bağlayaraq bir stəkanın yarısına qədər havada saxlayarlar. Bir-bir subay qızların adları çəkilərək üzüyün stəkanın divarına neçə dəfə dəydiyini sayarlar. Üzük stəkanın divarına neçə dəfə dəyərsə həmin qız elə o yaşda da ərə gedər.

Bu bayram xalqımıza xoşbəxtlik gətirsin, bütün ocaqlarda səadət işığı yansın, evlərdən ruzi- bərəkət, sağlıq əskik olmasın!!!
Xalqımızın bu əziz bayramı mübarək olsun!


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 12918   Tarix: 17 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu bitki evə şanssızlıq və bədbəxtlik gətirir

Bir çoxumuz evimizi gözəlləşdirmək və təbiəti otağımıza gətirmək üçün müxtəlif dibçək gülləri yetişdiririk. Lakin bəzi bitkilər var ki, onlar nəinki havayı təmizləmir, əksinə, evdəki bərəkəti qaçırır və mənfi enerji yaradır. "Ölkə.az" xəbər verir ki, qədim inanclara və bioenerji mütəxəssislərini

3 aprel
.

Yadplanetlilər bənövşəyi rəngədidirlər? - Yeni ARAŞDIRMA

Yer xaricində həyatın axtarışı alimləri onun necə görünə biləcəyi ilə bağlı ənənəvi fikirləri yenidən nəzərdən keçirməyə vadar edir. Yeni araşdırmalar göstərir ki, yadplanetli orqanizmlər Yer bitkiləri kimi mütləq yaşıl olmayacaq. xarici mediaya istinadən xəbər verir ki, alimlər Yer xaricində həyat formalarını

3 aprel
.

Qapınızı əsla 3 dəfə kilidləməyin - Səbəbini ustalar açıqladı

Kilid ustaları (çilingərlər) oğruların polad qapıları necə asanlıqla açdıqlarını izah edirlər. Sən demə, polad qapılar bu şəkildə kilidləndikdə oğrular üçün şərait yaradırmış. xəbər verir ki, müasir dövrdə demək olar ki, bütün evlərdə polad qapılardan istifadə olunur. Lakin oğrular müxtəlif üsullarl

4 aprel
.

Yüksək qan təzyiqinin ciddi qəbul edilməyən SƏBƏBLƏRİ

Yüksək qan təzyiqi (hipertoniya) bəzən ciddi qəbul edilməyən, lakin sağlamlıq üçün təhlükə yaradan gizli amillərdən qaynaqlana bilər. xəbər verir ki, rusiyalı kardioloq Valeriya Bonadıkova " nəşrinə müsahibəsində təzyiqi yüksəldən əsas səbəbləri açıqlayıb. Həkimin sözlərinə görə, təzyiqin artmasın

1 aprel
.

Uşağın ağlamasını "tərcümə edən" süni intellekt tətbiqi yaradıldı

Yaponiyada körpələrin ağlamasını "tərcümə edən" və valideynlərə uşağın niyə ağladığını anlamağa kömək edən tətbiq hazırlanıb. xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada süni intellekt əsasında işləyən Awababy adlı tətbiq hazırlanıb. Bu tətbiq körpələrin ağlamasını analiz edərək valideynlər

1 aprel
.

Məktəbdə qızlar arasında əlbəyaxa dava - VİDEO

Xarici ölkələrdən birində məktəbin sanitar qovşağında qız şagirdlər arasında baş verən mübahisə qısa zamanda şiddətli davaya çevrilib. xarici mediaya istinadən xəbər verir ki, azyaşlı qız həmyaşıdı tərəfindən dəfələrlə yumruqlanaraq döyülüb. Uzun müddət müdafiə olunmağa çalışan şagird, hücumun daha d

2 aprel
.

Balıq kotletinin RESEPTİ - kəsmik və pendirlə, sobada

Bu resept yüngül və faydalı yeməkləri sevənlər üçün ideal seçimdir. Kəsmik və pendir əlavə edildiyi üçün kotletlər daha şirəli, yumşaq və dadlı alınır. bu resepti təqdim edir:. Tərkibi:. mintay balıq filesi - 500 qram. kəsmik - 100 qram. sərt pendir - 60 qram. yumurta - 1 ədəd. soğan - 1 ədəd. kərə yağ

3 aprel
.

Əli Bəy Hüseynzadənin babası olan ŞEYXÜLİSLAM - Maraqlı faktlar

"Qafqaz Şeyxülislamları" rubrikasında Qafqaz müsəlmanlarının üçüncü şeyxülislamı olan Şeyx Əhməd Salyani haqqında bioqrafiyanı təqdim edir. - Şeyx Əhməd Salyani kimdir və nə vaxt doğulub?. Şeyx Əhməd Salyani, yəni Əhməd Məhəmmədəli oğlu Hüseynzadə 1812-ci ildə Salyan şəhərində dünyaya gəlib

31 mart
.

Hər gün müntəzəm qəhvə içmək ömrü iki il uzadır - Tədqiqat

Müntəzəm olaraq qəhvə istehlakı ömrün təxminən iki ilədək uzanmasına səbəb ola bilər. Almaniyanın "Focus Online" nəşrinə istinadən xəbər verir ki, genişmiqyaslı elmi tədqiqatlar bu içkinin insan sağlamlığına müsbət təsirlərini təsdiqləyib. Tədqiqatlar göstərir ki, hər gün qəhvə içən şəxslərd

1 aprel