62 yaşlı azərbaycanlı cüdoçudan fantastik nəticə: Səkkizinci dəfə Avropanın ən güclüsü oldu - FOTO/VİDEO
Veteran cüdoçularımız Yunanıstanın İraklion şəhərində keçirilən Avropa çempionatının ilk günündə altı medal qazanıb.
Oxu.Az-ın xəbərinə görə, veteranlardan ibarət komandamız iki qızıl, iki gümüş və iki bürünc medala yiyələnib.
M7 yaş kateqoriyasında Fərhad Rəcəbli (-90 kq) və M5 yaş kateqoriyasında Mübariz Cəfərov (-90 kq) Avropa çempionu olublar. M5 yaş kateqoriyasında Müşviq Cəfərov (-73 kq) və M6 yaş kateqoriyasında Qabil Qasımov (+100 kq) gümüş medalla kifayətləniblər. M6 yaş kateqoriyasında Natiq Qasımov (-81 kq) və M8 yaş kateqoriyasında Şamil Sövzəliyev (-81 kq) bürünc medal əldə ediblər.
Doqquzqat dünya çempionu F.Rəcəblinin səkkizinci dəfə Avropanın ən güclüsü olması isə Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytında da qeyd olunub. Yarışın birinci gününün yekunlarına həsr edilən məqalədə bildirilir ki, bir sıra yaş kateqoriyalarının birləşdirilməsinə və bununla da bəzi veteran cüdoçular üçün yarış şərtlərinin mürəkkəbləşməsinə baxmayaraq, Fərhad Rəcəblinin (62 yaş) möhtəşəm performans göstərməsinə heç kim mane ola bilməyib.
Xatırladaq ki, Azərbaycan cüdoçuları arasında Avropa miqyaslı yarışlarda ilk dəfə medal qazanaraq, adını ölkə idmanı tarixinə həkk etdirən məhz F.Rəcəbli olub. O, 1978-ci ildə Macarıstanda keçirilən gənclər arasında Avropa birinciliyində üçüncü yerə layiq görülüb. Azərbaycan cüdosunun tanınmış siması indiyə qədər veteranlar arasında doqquz dəfə dünya və səkkiz dəfə Avropa çempionu tituluna sahib çıxıb.
Bununla kifayətlənməyən F.Rəcəbli gənc nəslə örnək olaraq, bacarıqlarını daim təkmilləşdirir və tatami üzərində yeni qələbələrə imza atmaqda davam edir. İraklionda da cüdo əfsanəmiz triumfla geri dönərək, öz qalib imicinə sadiq qalıb.
"Bu mənim səkkizinci Avropa medalımdır. Bildiyiniz kimi, bizim üçün cüdo təkcə idman deyil, həyat tərzidir. Yarışlarda iştirak etməyimlə yanaşı, 1985-ci ildən Sumqayıt şəhərində cüdo idman növü üzrə məşqçi kimi çalışıram. İndi mənimlə birgə turnirə qatılan veteran cüdoçular hələ altı-yeddi yaşlarında mənim tələbələrim idilər. Bunu görmək mənim üçün həm sevindirici, həm də qürurvericidir", – deyə F.Rəcəbli EJU-nun rəsmi saytına verdiyi müsahibədə vurğulayıb.
Müəllifin sözlərinə görə, 50 il ərzində davamlı olaraq cüdo idman növündə idmançı və məşqçi kimi fəaliyyət göstərən Fərhad Rəcəbli bütün cüdo ailəsi üçün nümunədir.


Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1791 Tarix: 03 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabrF1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq
"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək
22 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabrAvroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya
17 sentyabrAtası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç
12 sentyabr"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb
"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir
11 sentyabrŞahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabrElvin uzun müddət sonra belə görüntüləndi - Video
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki
19 sentyabr