F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq
"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək.
Qran-pri yarışları maksimum iki saat davam edə bilər. Lakin yağış və ya qəza səbəbindən fasilə yarandıqda, yarışın başa çatdırılması üçün mövcud olan maksimum üç saatlıq müddət əvəzinə "qəti bitmə vaxtı" tətbiq olunacaq.
"Formula-1"in idarəedici qurumu FIA bildirib ki, dəyişikliklər fasilələr zamanı tamaşaçıların yarışın mümkün qədər tam hissəsini izləyə bilməsini təmin etmək məqsədi daşıyır.
"Qəti bitmə vaxtı" yarışın keçirildiyi şəraitə uyğun olaraq dəyişəcək. Məsələn, gecə keçirilən yarışlarda yarışın daha gec saatlara qədər davam etməsinə icazə veriləcək. Gündüz yarışlarında isə günəşin daha tez batması səbəbindən bu imkan daha məhdud olacaq.
Yarış məsafəsinin azaldılması daxili yanma mühərrikinin gücü ilə elektrik enerjisinin gücü arasındakı nisbətin dəyişməsi ilə əlaqələndirilir. Bu il nisbət 53-47 olduğu halda, gələn il 58-42-yə, 2028-ci ildə isə 60-40-a çatacaq.
Bu dəyişiklik bolidlərin daha çox yanacaq sərf etməsi ilə nəticələnəcək. Bəzi komandaların xərclərə qənaət etmək məqsədilə şassilərini növbəti mövsümə daşımaq istəməsi fonunda bu məsələ narahatlıq yaradıb.
Yanacaq çəni şassinin daxilində yerləşdiyindən onun ölçüsünü dəyişmək mümkün deyil. Buna görə də bəzi komandaların mövcud yanacaq çənləri ilə Qran-pri yarışlarını tamamlaya bilməyəcəyi ilə bağlı narahatlıq yaranıb.
F1 Komissiyasının komandalar, FIA və "Formula-1"dən ibarət iclasında başqa bir dəyişiklik də razılaşdırılıb. Yeni qayda sərbəst yürüş sessiyaları dayandırıldığı zaman onların müddətinin uzadılması üçün daha çox çeviklik yaradacaq.
Mövcud qaydalara əsasən, sıralama turları və yarışlardan fərqli olaraq, məşq sessiyalarında insident səbəbindən qırmızı bayraq qaldırıldıqda vaxtın hesablanması dayandırılmır.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 52 Tarix: 22 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib
İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk
16 sentyabr"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır
İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy
17 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrNaxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd
16 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabrNəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli
18 sentyabrŞahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabr