İslam Abbasov: "Prezidentə verdiyim sözə sadiq qalmağa çalışacağam"

İslam Abbasov: "Prezidentə verdiyim sözə sadiq qalmağa çalışacağam"Sonxeber.az Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun (87 kq) "Report"a müsahibəsibi təqdim edir.

- Bu yaxınlarda Türkiyədə təlim-məşq toplanışında oldunuz. Hazırlıq prosesi necə keçdi?

- Toplanış çox yüksək şəraitdə və ab-havada keçdi. Çünki bir millət, iki dövlətik. Türkiyənin əsas millisi toplanışa başlayanda digər komandalar üçün zalı bağlayırdılar. Bizim üçün isə zal 24 saat açıq olurdu, heç bir fərq qoymurdular. Tam rahatlıq olurdu. Hər şey əla, bizə olan münasibət yüksək səviyyədə idi. Bu cür toplanışların yarışlar vaxtı çox böyük xeyri olur. Çünki fərqli-fərqli sınaqçı rəqiblərlə üz-üzə gəlirsən. 2-3 aydan bir müxtəlif ölkələrdə hazırlıq keçmək lazımdır. Dəyişiklik mütləqdir.

- 22 - 25 iyunda İtaliyanın paytaxtı Romada reytinq turniri olacaq. Həmin yarışda iştirak edəcəksiniz?

- Bəli, reytinq turnirinə yollanacağam. Orada da əsas hədəfim qızıl medal qazanmaqdan ibarət olacaq.

- Daha sonra isə sizi V İslam Həmrəyliyi Oyunları, dünya çempionatı və Dünya Kuboku yarışları gözləyir. Necə hazırlaşırsınız?

- Təbii ki, yarışlara ciddi hazırlıq gedir. Vəziyyət cənab Prezidentin də nəzarətindədir. Var gücümüzlə çalışıb, ölkə rəhbərliyinin etimadını doğrultmaq lazımdır. Əsas hədəfim hər 3 turnirdə qızıl medal qazanmaqdır. Artıq yüksək nəticələr verməyin vaxtı çatıb. Əsas odur ki, zədədən uzaq olaq.

- 2 il sonra Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Oimpiya Oyunlarına düşmək şansınızı necə qiymətləndirirsiniz?

- Maksimum gücümlə hazırlaşacağam ki, ora düşüm. Prezidentə verdiyim sözə sadiq qalmağa çalışacağam. Düzdür, idmanda hər şey olur. Bütün qələbələrimizi ölkə başçısına həsr edəcəyəm. Ona görə də elə zəfərlər qazanmalıyam ki, cənab Prezidentə layiq olsun.

- İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kubokunda "Suqovuşan" və "Ağdam" komandalarının yarımfinal oyununda fəxri qonaq qismində iştirak etdiniz. Turnir sizdə necə təəssürat oyatdı?

- Çox gözəl turnirdir. Biz özümüz də həm idman, həm də digər sahədə çalışan jurnalistləri şəxsən tanıyırıq. Təşkilatçılar çox sağ olsunlar ki, dəvət etdilər, mən də gəlib izlədim. Sağlam bədəndə sağlam ruh olar. Hər kəsə idmanla məşğul olmağı arzu edirəm. Bu, hamıya lazımdır. Çox gözəl təşəbbüsdür, alqışlayıram.

- Üstəlik, komandalar işğaldan azad olunmuş ərazilərin adlarını daşıyır...

- Bəli, çox sevindirici haldır. Mən özüm Qubadlıdanam. Adama yuxu kimi gəlir. Artıq doğma rayonum, həvəskar da olsa, komandası var. Uşaqlıqdan istəyirdim ki, torpaqlarımız işğaldan azad edilsin, öz rayonumuzu təmsil edən idman klubu, cəmiyyət olsun. Fəxr ediləsi hadisədir. Bu proseslərin səbəbkarı Prezident İlham Əliyevdir. Ən başlıcası, ona təşəkkürümüzü bildiririk.

- Gələcəkdə doğma rayonunuzda idman həyatını canlandırmaq üçün hər hansı planınız var?

- Bəli. Cənab Prezident Qubadlıdakı görüşümüzdə dedi ki, elə edəcəyik, siz gəlib idmana öz töhfənizi verəsiniz. Əlbəttə, ölkə başçısına ilk növbədə, qələbələr qazanacağımızı söz verəcəyik. Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan zonasının havası, suyu təmiz olduğundan, uşaqları da sağlam və güclü olacaqlar. Həmin uşaqlardan perspektivli idmançılar yetişdirmək mümkündür. Düşünürəm ki, gələcəkdə dövlət dəstəyi olarsa, oralarda güləş məktəbi aça bilərəm. Bu isə həm idman, həm də ölkəmiz üçün xeyirli iş olar.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1373   Tarix: 05 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib

18 sentyabr
.

F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq

"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək

22 sentyabr
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr
.

Avroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya

17 sentyabr
.

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)

"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç

12 sentyabr
.

Şarl Lekler: "Azərbaycan Qran-prisi yarışmaqdan zövq aldığım mərhələlərdən biridir"

"Azərbaycan Qran-prisi yarışmaqdan zövq aldığım mərhələlərdən biridir". xəbər verir ki, bunu "Formula-1" Azərbaycan Qran-prisi öncəsi təşkil olunan mətbuat konfransında "Ferrari" komandasının pilotu Şarl Lekler deyib. Monakolu pilot Bakıda keçirilən sıralama turlarında adətə

23 sentyabr
.

"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb

"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir

11 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr