BNA-dan aeroport yolunda baş vermiş qəza ilə bağlı AÇIQLAMA + YENİLƏNİB
Hava limanı-Mərdəkan yolunda "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, 10 TG 103 Dövlət Qeydiyyat Nişanlı avtobus qarşısında hərəkət edən mersedes markali minik avtomobili ilə toqquşub. Daşıyıcının verdiyi məlumata görə hadisə nəticəsində avtobuslardakı sərnişinlər arasında xəsarət alan olmayıb.
Qəza zamanı azı bir nəfərin ölümü və yaralıların olması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir.
21:56
Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub.
"Report" xəbər verir ki, hadisə keçmiş "Komsomol dairəsi" kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan sonra minik avtomobili yol kənarındakı dəmir maneələrə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində azı bir nəfər ölüb, xəsarət alan var.
Ölən və xəsarət alanın şəxsiyyətləri dəqiqləşdirilir.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1850 Tarix: 07 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabr