Bank kreditlərinin artmasıyla bağlı ekspertdən AÇIQLAMA
Azərbaycanda fəaliyyət göstərən bankların əhalidən cəlb edilən əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb. Hazırda ölkəmizdə biznes üçün kredit faizlərində azalma başlasa da, istehlak kreditləri həddən artıq yüksəkdir. Biznes kreditlərində azalmanın başlama səbəbi dövlətin biznesə dəstək proqramlarının olmasıdır. Həmin proqramlar vasitəsi ilə sahibkarlar daha aşağı qiymətə kredit ala bildikləri üçün banklar da öz kredit faizlərini buna uyğun olaraq uyğunlaşdırmağa məcbur olurlar.
Mövzu ilə bağlı Sonxeber.az saytına iqtisadçı ekspert Əli Əhmədov fikir bildirib.
O, istelak kreditlərindən fərqli olaraq, son 3-4 il ərzində biznes kreditlərinin faizlərinin aşağı düşdüyünü vurğulayıb:
"İstehsak kreditlərində kreditlərin bir hissəsinin kartla verilməsi faizlərin artımına səbəb olub, çünki nəğd kredit olanda insanlar, özlərindən asılı olmayaraq, daha diqqətlə idarə edib daha məsuluiyyətli olurlar. Lakin kartda olanda insanın pula əli dəymədiyi üçün onu idarə etmək çətin olur.
İkinci məsələ isə budur ki, bəzi banklar bazarda mövqelərindən istifadə edib, faizləri artırırlar. Biznes pulunu əvvəllər ancaq kredit kimi ala bilirdilər, indi isə pul götürmək imkanı yaranıb. İstiqraz buraxaraq 10-12% ilə kredit verilir, onu da investorlar alırlar. Yəni hər hansı bankdan kredit götürə bilməyəndə, istqiraz sayəsində 10-12% ilə pul əldə edə bilirlər. Həmin bank da bizneslə məşğul olacaq şəxsi cəlb etmək üçün daha aşağı məbləğdə faiz qoyacaq.
Ümumilikdə, istehlak kreditlərində faizlər yüksəkdir. Amma burada bir məsələ də var. Azərbaycanda kredit faizlərinin yüksək olma səbəbi tək banklarla bağlı deyil. Pulu verən bank dövlətdən yox, özünün şəxsi pulundan verir. Ona görə də aşağı faizlə verməsini tələb etmək olmur.
Bizim məhkəmə hüququ icra sistemi qaytarılmayan kreditlərin effektli qaytarılmasına şərait yaratmır. Əgər bankın kreditini qaytarmayan şəxs varsa, o bunun vaxtını uzatmaq üçün müəyyən üsullara əl atır. Bu da banka zərər vurur. Banklar borc verdiyi adamdan həmin məbləği ala bilmirsə, özü borca düşür. Əgər iş məhkəməyə düşürsə, məhkəmə başladığı andan həmin faizlər hesablanmır, nəzərə alınmır. Məhkəmə proseduru uzananda belə əmanəti banka qoyan şəxsin faizi ödənilir.
Banklar ona görə faiz verəndə çox ehtiyat edirlər. Maksimum girov tələb edirlər ki, sabah borc qaytarıla bilməyəndə həmin girovu pula çevirə bilsinlər. Ona görə də kredit faizləri çox yüksəlir. Bu, artıq bank sisteminin yox, məhkəmə icra prosedurunun problemidir. Çünki məhkəmənin qərarının qəbul olma proseduru həddən artıq uzun müddət alır. Məhkəmə qərarı qəbul olunduqdan sonra onun icrası da zaman alır".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Qızıl və gümüş bahalaşıb