İcra nümayəndəsinin evinə hücum çəkdilər, bələdiyyə sədrinə xəsarət yetirdilər - DİN-dən AÇIQLAMA
İyun ayının 4-də Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısının Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova Daşkəsən rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhid anası Sevda Şıxıyeva, onun həyat yoldaşı Raqif Şıxıyev, oğlu Sərxan Şıxıyev və bir neçə kənd sakinləri heç bir əsası olmadan, əllərindəki küt alətlərlə ona məxsus evin qarşısına gələrək evin pəncərələrini sındırdıqlarını, daha sonra evə daxil olaraq məişət əşyalarını sındırdıqlarını və ona külli miqdarda maddi ziyan vurduqlarını bildirib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Əlavə olaraq müraciət müəllifi ərizəsində şəhid qardaşı Sərxan Şıxıyev onun həyat yoldaşı, Dəstəfur kənd bələdiyyəsinin sədri Rövşən Həsənova taxta parçası ilə xəsarət yetirdiyini də qeyd edib.
Bundan başqa L. Cəfərovanın bacısı Pərvanə Cəfərova da DİN-in "102 Zəng Xidməti" Mərkəzinə müraciət edərək yuxarıda qeyd olunan şəxslərin heç bir səbəb olmadan ona məxsus fərdi yaşayış evinə gələrək, evdəki qapı-pəncərə və digər əşyaları sındıraraq külli miqdarda maddi ziyan dəydiyini bildirib.
Hadisə ilə bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırmalar başlanılıb, müvafiq ekspertiza təyin olunub. Şəhid anası Sevda Şıxıyeva rayon Polis Şöbəsində olan zaman özünün şəhid anası olduğunu vurğulayaraq etdiyi hərəkətləri etiraf etmiş lakin özünə haqq qazandıraraq izahat verməkdən imtina etmişdir. Məhkəmə tibbi və əmtəəşünaslıq ekspertizaların rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1529 Tarix: 07 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabr