Rusiya Bakının təklifini QƏBUL EDİR - Moskvanın xilas üçün TƏK ŞANSI ...
"Əsrlər boyu neft və qaz sənayesi üçün lobbiçilik edən dünya maliyyə-iqtisadi korporasiyaları da bu gün Rusiyanın Ukraynada törətdiklərinə görə siyasi məsuliyyət daşımalıdırlar".
Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
Gürcü siyasi analtik bildirib ki, Rusiya qlobal oyunçu kimi qalmaq imkanlarını itirdi:
"Başa düşmək lazımdır ki, Rusiya üçün bu gün istənilən beynəlxalq formatda hər hansı iştirak çox mühümdür". Lavrovun Türkiyə səfəri nəfəsi kəsilmək üzrə olan rus diplomatiyası üçün təzə nəfəslik rolunu oynadı. Moskva sübut etməlidir ki, Ukraynada qış və yaz hərbi əməliyyatlarının uğursuzluğa düçar olmasına, dünyanın ən böyük bazarlarından və texnologiyalarından təcrid olunmasına baxmayaraq, kimlərsə hələ də Rusiyanın qlobal olmasa da, ən azı regional miqyasda oyunçu ola biləcəyinə inanır.
3+3 formatı isə bəlkə də yeganə formatdır ki, Moskva bütün dünyaya göstərə bilər ki, "Baxın, biz hələ də güclüyük, bizi hələ də hesaba qatırlar, problemləri həll etməyi, dinləməyi bacarırıq".
Yeganə sual budur ki, hələ də tam şəkildə bir araya gəlməyən bu formatın digər iştirakçıları Kremlə özünü isbat etmək üçün bu imkandan yararlanmağa imkan yaradacaqlarmı, yaradacaqlarsa da bunun müqabilində Moskvadan nə tələb edəcəklər?".
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra mətbuat konfransında deyib ki, Cənubi Qafqazla bağlı 3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) növbəti görüş yaxın zamanlarda keçiriləcək. Xatırladaq ki, postmünaqişə dövründə məhz belə bir formatın ərsəyə gəlməsi təklifi 44 günlük müharibədən sonra Bakı və Ankaradan gəlmişdi.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2602 Tarix: 13 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT
"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa
30 iyun"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT
"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond
11 iyunHüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal
25 iyunİlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi
2 iyulKim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı
12 iyun