Burun axmasına qarşı nə etməli - MƏSLƏHƏT
Zökəm orqanizmin qoruyucu reaksiyalarından biridir. Burnun daxilində xüsusi hüceyrələr var. Bu hüceyrələr selik ifraz edir. Bu seliyin olması çox vacibdir. Selik burun boşluğuna nəfəsalma zamanı düşən toz, mikroblar, virusları və s. yuyub aparır. Mikrobların və ya virusların sayı artdıqda seliyin miqdarı da artır. Orqanizm bununla mikrob və viruslardan tez bir zamanda azad olmağa çalışır. Məhz bu səbəbdən bakterial və ya virus infeksiyaların ilk simptomlarından biri zökəmdir. Zökəm zamanı burnumuzdan gün ərzində 2 l qədər selik ifraz oluna bilər.
Virus infeksiyası zamanı burundan şəffaf selik, bakterial infeksiyası zamanı sarılı-yaşıllı irinə oxşar maye ifraz olunur.
Zökəm mütləq müalicə olunmalıdır. Uzun müddət ərzində müalicə olunmayan zökəm haymorit kimi ağır fəsadın inkişafına səbəb ola bilər.
Lor həkimləri zökəm zamanı xəstələrə tövsiyələr verir. Sonxeberaz saglamolun.az-a istinadən həmin tövsiyələri təqdim edir:
1. Parça dəsmallardan deyil, birdəfəlik kağız dəsmallardan istifadə edin. Bu, ifraz olunmuş mikrobların yenidən burun boşluğuna düşməsinin qarşısını alır.
2. Burnunuzu təmizləyəndə əvvəl burnun bir hissəsini (bu zaman digər hissəsini barmaqla sıxmaq lazımdır), sonra o biri hissəsini təmizləyin.
3. Burnunuzu təmizləyəndə ağzınızı bir qədər açıq saxlayın. Bu, mikrobların burunla qulağı daxildən birləşdirən yevstaxi borusu ilə qulağa düşməsinə və burada iltihabın inkişafına mane olacaq.
4. Maye qəbulunu artırın.
5. Zökəm zamanı adətən damardaraldıcı damcılardan istifadə olunur. Bu damcılar çox yaxşı kömək edir, ödemi azaldır və seliyin daha asan axmasına kömək edir. Lakin bu damcıları 7 gündən artıq istifadə etmək olmaz.
6. Zökəm zamanı xalq təbabəti vasitələrindən xardal əlavə olunmuş isti ayaq vannaları yaxşı kömək edir. 5 l isti suya 3 x.q. xardal tozu tökün. Yatmazdan əvvəl bu suda ayaqlarınızı 15 dəqiqə saxlayın, sonra yaxşı qurulayın və yun corab geyinin.
7. Zəncəfil çayı da soyuqdəymə və zökəm zamanı ən sınanmış vasitələrdən biridir. 3-4 sm olan zəncəfil kökü sürtgəcdən keçirilir, 1 stəkan qaynar suda 20-30 dəqiqə ərzində dəmlənilir, süzülür, bal və limon əlavə olunur.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 17165 Tarix: 14 oktyabr 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Miqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI
Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər. Həkimləri
7 dekabrTurşunun faydaları nədir?
Turşu evdə şüşə qabda və gigiyenik şəraitdə hazırlanarsa, sağlamlıq üçün faydalıdır. Həftənin 2 günü ovuc içi qədər istehlak edilməlidir. Sadəcə, sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşuların istifadə olunması tövsiyə olunur. qafqazinfo-ya istinadən xəbər verir ki, turşunun qid
7 dekabr8 saatdan az yatmaq ömrü qısaldır - Alimlər
Oreqon Sağlamlıq və Elmlər Universitetinin alimləri müəyyən ediblər ki, yuxusuz qalmaq ömrü xeyli qısaldır. xəbər verir ki, tədqiqatın nəticələri "SLEEP Advances" jurnalında dərc olunub. Alimlər ABŞ-dəkı böyük milli məlumat bazasını təhlil edərək CDC tərəfindən 2019-2025-ci illərdə toplanmı
10 dekabrDünyada sağalmaz xəstəlik sürətlə yayılır - onun nəticələri
Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlənmənin aşağı səviyyəsinə görə həyəcan təbili çalır. Dünyada qızılca halları sürətlə artır: yalnız ötən il 11 milyon yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, bir çox regionlarda peyvəndləmə səviyyəsinin çox aşağı olması səbəbindən qızılcanı
7 dekabrBu şokoladı şəkər xəstələri də yeyə bilər
Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var. "Qafqazinfo"
13 dekabrŞirniyyat sizi kökəldir?
Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır. Axşam.az xəbər verir ki, bəziləri gün ərzində şirniyyat yemədən dayana bilmirlər. Bu bəzən xəstəlik də ola bilir. Bunun üçün şirniyyat həvəsinin nədən yarandığını öyrənmək üçün əvvəlcə həkimə müraciət etməyiniz məsləhətdir. Əks halda şirniyya
9 dekabrÇipsdən niyə imtina etmək lazımdır? - Kardioloqlar açıqladı
Kardioloqların fikrincə, gün ərzində sağlam qəlyanaltılar istifadə etmək artıq çəkinin və ürək xəstəliklərinin qarşısını almağa kömək edir. Lakin nəyin yeyilməsi xüsusilə önəmlidir. Qaynarinfo xəbər verir ki, "Parade" nəşri üçün danışan kardioloqlar xəstələrinə uzaq durmağı tövsiyə etdiklər
8 dekabrGərginsinizsə bu vitamininiz çatışmır
Vitamin D, B12, B6, maqnezium, sink və omeqa-3 yağ turşuları çatışmazlığını erkən mərhələdə müəyyən etmək çətindir. xəbər verir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina deyib. "Bu qida maddələrinin azlığı adətən gözə çarpan simptomlarla özünü göstərmir". Eksperti
7 dekabr