Putin ölsə, müharibə bitəcəkmi?
Putin ölərsə, Ukraynada genişmiqyaslı müharibə müxtəlif ssenarilər üzrə davam edə bilər. Vəziyyət qanlı diktatorun yerini kimin tutacağından asılı olacaq.
Sonxeber.az Milli.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Kovalenko hesab edir ki, Putinin əvəzinə Rusiyanın güc strukturlarının nümayəndələrindən biri prezident ola bilər:
"Rusiya Müdafiə Nazirliyi, FSB və işğalçı ölkənin quru qoşunlarından birinin diktatoru əvəzləyəcəyinə tam şansı var. Bununla belə, hər bir qurumun qondarma "xüsusi əməliyyat"dan öz məqsədləri və gözləntiləri mövcuddur. Məsələn, Sergey Şoyqunun tanınmamış Dnestryanıya birbaşa marşrut əldə etmək arzusu da var. Bununla belə, məmurlar arasında Rusiyanın büdcəsini mənimsəmək istəyənlər də az deyil".
Kovalenko hesab edir ki, Putin öləcəyi təqdirdə onun yerinə kim gəlsə, yenə də rusların genetik kodu olan "imperiya revanşizmi" nümayiş etdirəcək. Rusiyanın prezidenti olan istənilən şəxs Ukrayna əraziləri ilə bağlı "bazarlıq" edəcək.
"Ukrayna Putinin öləcəyi təqdirdə genişmiqyaslı müharibənin tez bitəcəyini gözləməməlidir. Ukrayna ərazisinə soxulmaq istəyən hərbi cinayətkar yenə hakimiyyətdə olacaq", - ekspert vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR