Azərbaycan boksçuları Rumıniyada beynəlxalq turnirdə mübarizə aparacaq
İyunun 21-də Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında beynəlxalq turnir start götürəcək.
Boks Federasiyasından \ verilən məlumata görə, 6 gün davam edəcək yarışa Azərbaycan milli komandası da qatılacaq.
Yığmamız oğlan və qız boksçular arasında keçiriləcək turnirdə 8 idmançı ilə təmsil olunacaq. Yeniyetmə oğlanların yarışında Faiq Mollayev (48 kq), Tacı Nəsibov (50 kq), Məhəmmədəli Aşırəliyev (54 kq) və Məhəmmədəli Qasımzadə (57 kq) qalib adı uğrunda mübarizə aparacaq. Komandaya məşqçi Ağası Məmmədov rəhbərlik edəcək.
Qız boksçuların yarışında isə ölkəmizin idman şərəfini Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) qoruyacaqlar. Onlar rinqə baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında çıxacaqlar.
İyunun 20-də səfərə yollanacaq yığma ayın 27-də Vətənə qayıdacaq.
Qeyd edək ki, turnirdə iyunun 20-də püşkatma olacaq və ertəsi gün ilkin döyüşlərə start veriləcək. Final görüşləri isə iyunun 26-da olacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1209 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Jurnalistə futbol klubunda vəzifə verildi
Jurnalist Heybət Məmmədov "Şəfa" klubunun Mətbuat katibi vəzifəsinə təyin olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. "Yeni vəzifəsində Heybət Məmmədova uğurlar arzulayır, fəaliyyətində nailiyyətlər diləyirik, - deyə paylaşımda qeyd edilib
22 mayMikels "Bakılı balasıyam" oynayanda...
"Sabah" layiq olduğu çempionluq kubokuna qovuşdu. Valdas Dambrauskasın çalışdırdığı komanda sözün bütün mənalarında əla mövsüm keçirdi. "Qarabağ"ın yolunun Çempionlar Liqasında gözləniləndən daha çox uzanması, "köhlən atlar"ın bu çətin marafonda xeyli güc itirməsi də "Sabah"ı
19 may"Qalatasaray"a yeni prezident seçildi
"Qalatasaray" klubunda keçirilən seçkili ümumi yığıncaq başa çatıb və Dursun Özbek yenidən klub prezidenti seçilib. "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, seçki "Qalatasaray" Liseyində keçirilib. Məlumata görə, Dursun Özbek seçkidə yeganə namizəd olub. Səsverməd
24 mayArda Güler və Kenan Yıldız eyni komandada ola bilər
Real Madrid gənc istedadlara yönəlmiş transfer strategiyasını davam etdirir. İspaniya nəhənginin Juventusda çıxış edən Kenan Yıldızı heyətinə qatmaq istədiyi iddia olunur. türk mediasına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu bu mövsüm göstərdiyi performansla diqqət çəkib. O, 46 rəsmi matçda 1
13 mayAzərbaycan güləşçisi Avropa çempionu oldu - FOTO
Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb. xəbər verir ki, 38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb. Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesab
24 mayBu gün Avropa Liqasının qalibi bəlli olacaq
Bu gün UEFA Avropa Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq. "Qafqazinfo" xəbər verir ki, həlledici görüşdə "Frayburq" (Almaniya) və "Aston Villa" (İngiltərə) komandaları üz-üzə gələcək. İstanbuldakı "Beşiktaş Park" stadionunda keçiriləcək oyun Bakı vaxt
20 mayAcun Ilıcalıya böyük şok: 18 ildən sonra ilk dəfə baş verdi
Türkiyəli iş adamı və media rəhbəri Acun Ilıcalının sahibi olduğu "Maribor" klubu Sloveniya çempionatını 5-ci pillədə başa vurub. türk mediasına istinadən xəbər verir ki, bu nəticə ilə komanda 18 ildən sonra ilk dəfə Avropa kuboklarına vəsiqə qazana bilməyib. "Maribor"un uğursuz mövsüm
19 may"Çelsi"dən Xabi Alonso ilə bağlı qərar
"Çelsi" klubu rəsmi saytı vasitəsilə Xabi Alonsonun komandanın yeni baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib. xəbər verir ki, ispaniyalı mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Alonso ilə imzalanmış müqavilənin müddəti dörd il təşkil edir. "Onun bu təyinat
17 may"Sabah" 10 oyundur "Neftçi"yə uduzmur
Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Sabah" 32-ci turda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Neftçi"ni qəbul edəcək. "Qafqazinfo" xəbər verir ki, mayın 17-də bu komandaların ifasında yubiley paytaxt derbisi reallaşacaq. Çünki "Sabah"la "Neftçi"
15 may