Gəncədə baş verən ağır qəza polis tərəfindən gizlədilir? - AÇIQLAMA
Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsini törədən şəxsləri polisin gizlətdiyi iddia edilib.
Bildirilib ki, "Chevrolet Cruze" markalı maşın yolda hərəkətdə olan "Toyota Prius" markalı avtomobili vurub. Hadisə nəticəsində "Prius"un sürücüsü Mollaəyyublu Məcruh Məcid oğlu ağır xəsarət alıb, o, təcili olaraq xəstəxanaya çatdırılıb.
İddia edilib ki, hadisənin üzərindən bir neçə gün keçməsinə baxmayaraq, qəzanı törədən şəxslər hələ tapılmayıb, xəsarət alan sürücünün izahatını almaq üçün xəstəxanaya heç bir hüquq-mühafizə orqanı əməkdaşı yaxınlaşmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, iyun ayının 20-də səhər saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və bir nəfər sürücünün xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub:
"Məlumat ilə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gələrək həm müvafiq araşdırmalar aparıblar, həm də nəqliyyatın hərəkətini təmin ediblər. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində məlum olub ki, şəhər sakini Sabir Həsənov idarə etdiyi "Chevrolet" markalı avtomobil ilə işıqforun qadağanedici işığında hərəkəti davam etdirərək şəhər sakini Məcruh Mollaəyyublunun idarə etdiyi "Toyota" markalı avtomobili vurub. Hadisə nəticəsində M.Mollaəyyublu xəsarət alıb, S.Həsənov isə hadisə yerindən yayınıb. Hazırda S.Həsənovun yeri müəyyən edilərək istintaqa cəlb edilib".
O qeyd edib ki, araşdırmaların nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1905 Tarix: 23 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021