Uşaqpulu yalnız bu ailələrə verilə bilər - YENİ AÇIQLAMA

Uşaqpulu yalnız bu ailələrə verilə bilər - YENİ AÇIQLAMA"Azərbaycanda uşaqpulu məsələsi zaman-zaman gündəmə gəlir. Son günlərdə də bu məsələ həm ictimaiyyət, həm də deputatlar və ekspertlər tərəfindən müzakirə olunmaqdadır. Azərbaycanda uşaq pulu sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan uşaq pulunun verilməsi dayandırılıb. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb".

Sonxeber.az-ın məlumatına görə, bu fikirləri "bakupost.az"-a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycanda uşaq pulu ləğv olunsa da, uşaqlarla bağlı olan müxtəlif təyinatlı müavinətlər hələ də verilməkdədir:

"Dövlət sosial proqramlar vasitəsilə uşaqların sosial müdafiəsini təmin edir. Bu gün vətəndaşlara 20-ə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olanların və müharibə əlillərinin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Bura habelə, çoxuşaqlı anaların (beşdən çox), müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar daxildir. Üstəlik, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir".

Bu gün ancaq ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa müxtəlif müavinətlərin ödənildiyini deyən Tamam Cəfərova qeyd edib ki, Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır:

"Uşaq pulu ləğv olunandan sonra hökumət ünvanlı sosial yardım sisteminə keçib. Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub. Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur. Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik, yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verilə bilər.

Hesablamalara görə, il ərzində uşaq pulunu ödəməyə təqribən 2,5 milyard manat vəsait tələb olunur. Bu, az vəsait deyil. Hesab edirəm ki, uşaq pulu ucdan tutma bütün ailələrdəki uşaqlara şamil olunmalı deyil. Uşaq pullarının hesablanmasına gəlincə, bu istiqamətdə Azərbaycanda tətbiq ediləcək model ailənin gəlirlərinə və uşaqların sayına bağlı olmalıdır, təbii ki, uşaqların sayı ilə əlaqələndirilməlidir.

Gəlirləri az olan ailələrdə adətən uşaqların sayı çox olur. Odur ki, Azərbaycanda adambaşına verilən ödənişlər uşaqların sayı ilə əlaqələndirilməklə yanaşı, yaşına uyğun olaraq hesablanmalıdır. Hesab edirəm ki, bu, ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı olan bir məsələdir. Uşaqlara ödənilmiş məbləğə gəldikdə isə bu məbləğ ailədə uşaqların yaşı ilə əlaqəli ola bilər.

Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Bu yaş qrupları fərqli də ola bilər. Məsələn, 0-3, 4-6, 6-12 və ya 7-17 və s. Yəni 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir, 6-10 yaşlı uşaqlara nisbətən çox – orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir.

Hesab edirəm ki, Azərbaycanda uşaq pullarının məbləğinin müəyyən edilməsində bu praktikadan istifadə etmək olar. Uşaq pulunun bərpası yeni mexanizmlərin hazırlanması və qanunlarda dəyişikliklər edilməsi şəraitində mümkün ola bilər. Təkliflər hazırlanmalı və müzakirə olunarkən ailələrin sosial müdafiəsində hansı proqramların daha çox faydalı ola biləcəyi təhlil olunmalı və təbii ki, maliyyə yükü mütləq nəzərə alınmalıdır, ən əsası, məsələyə dövlət büdcəsi səviyyəsində baxılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4529   Tarix: 23 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr