Bakıda polisdən qaçanlar belə gizləndi
Bir neçə gün əvvəl Bakıda polis əməkdaşları küçədə gördükləri şübhəli şəxslərə yaxınlaşarkən insident baş verib.
Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki Musabəyov küçəsində baş verib.
Belə ki, ərazidə xidmət aparan polis əməkdaşları küçədə şübhəli hesab etdikləri 3 nəfərə yaxınlaşmaq istəyiblər. Bu zaman həmin şəxslər qaçmağa başlayıb. Bir qədər qaçdıqdan sonra həmin küçədə yerləşən "Javelin" şirniyyat evinə daxil olaraq qapını arxadan bağlayıblar. Polis əməkdaşları dəfələrlə qapının açılmasını tələb etsə də, bundan imtina ediblər. Əraziyə əlavə polis əməkdaşlarının gəldiyini görən şübhəli şəxslər daha sonra qapını açaraq küçəyə çıxmağa razı olublar.
Onlar ərazi üzrə polis şöbəsinə aparılıb. İlkin məlumata görə, bu zaman həmin şəxslərdən biri olan 1987-ci il təvəllüdlü Oqtay Qədirovun (şərti adlı) narkotik vasitə qəbul etməsi məlum olub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı) maddəsi ilə protokol tərtib edilib və o, Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə O.Qədirova 300 manat pul cəriməsi cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1351 Tarix: 23 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabr