Hərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə görüş olub

Hərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə görüş olubİyunun 23-də Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilərlə görüş keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qurumun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, dünyaşöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən əvvəl mərasim iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Mərasimi Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev açaraq tədbir iştirakçılarını, bütün qaziləri və şəhid ailələrini 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara xoş arzularını ifadə edib. Hərbi prokuror bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin zəngin elmi bilikləri, müdrik düşüncəsi, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən planetimizi cənginə almış koronavirus pandemiyasına və müharibədən çıxmış ölkə olmağımıza rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Xanlar Vəliyev həmçinin qeyd edib ki, ölkəmizin sürətli tərəqqisində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Ölkəmizin dinamik inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilib. Həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Təsadüfi deyildir ki, ötən illərdə olduğu kimi, "Global Firepower" hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb. Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirib və nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və 44 günlük haqq savaşındakı tarixi qələbəmizi təmin ediblər. Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən Xanlar Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi qeyd edib. Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğrultduğunu vurğulayan Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, müdrik rəhbər hərbi və siyasi-diplomatik yolla ölkəmizin əzəli ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirib. Dövlətimizin uğurları və Vətən müharibəsindəki şanlı qələbəmiz dövlət başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun təcəssümüdür.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev həmçinin vurğulayıb ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olub, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilib, onlar müxtəlif növ dövlət təminatı ilə təmin edilib. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Son illərdə ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəhid ailələri üçün verilən Prezident təqaüdünün artırılması məqsədilə qısa zaman ərzində ölkə rəhbərinin ard-arda bir neçə fərman və sərəncam imzalaması bu zümrədən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək göstəricisi olub. Təsadüfi deyil ki, dövlət başçısının 2018-ci il prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür. Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxmaqla mərdlik göstərmiş, əlil olmuş şəxslərə və canlarını qurban verməklə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının ailələrinə mənəvi və maddi dəstək göstərilməsi üçün tədbirlər müntəzəm olaraq davam etdirilir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da iştirak edir və bundan sonra da iştirak edəcəklər.

Sonra Hərbi prokuror Xanlar Vəliyev Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə öz dərin təşəkkürünü bildirərək qeyd edib ki, Prezidentin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçılarının müxtəlif orden və medallarla təltif olunması onların xidmətinə dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür.

Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inspektorlar qrupunun inspektoru, ehtiyatda olan polkovnik Abdulla Qurbani və digər çıxışçılar Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən, eləcə də 44 günlük döyüşlərdə Hərbi Prokurorluğun özünəməxsus rolundan, Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi və aidiyyəti təşkilatlarla birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs ediblər. Eyni zamanda, çıxışçılar Vətən müharibəsində iştirak edən şəxslərə, o cümlədən qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun rəhbərinə və kollektivinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim olunub, onlar isə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Hərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə görüş olubHərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə görüş olubHərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə görüş olubHərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə görüş olubHərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə görüş olubHərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə görüş olubHərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə görüş olubHərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə görüş olubHərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları, o cümlədən qazilərlə görüş olub


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1218   Tarix: 23 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr