Hökumətdən yeni QƏRAR: Azərbaycanda ət ucuzlaşacaq - VİDEO

Hökumətdən yeni QƏRAR: Azərbaycanda ət ucuzlaşacaq - VİDEOÖlkəmizdə ətin qiymətinin düşməsi, ən azından sabit qalması üçün müvafiq addımlar atılır. Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, baytarlıq pasportunun alınması tələb olunmayacaq. Bu, təsərrüfat sahibləri üçün 20 manat qənaət deməkdir. Əlavə qanunlara da dəyişiklik edilməsi nəzərdə tutulur.

Ölkəmizdə ət ucuzlaşacaq. Bunun baş verməsi üçün Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

"Hər bir heyvan və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması qaydası"nda dəyişikliklər edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Yeni qərarala bu sahədə müasir texnologiyalardan istifadə edilməklə vahid sənədləşmənin tətbiq olunması və beləliklə, bir heyvan üçün tələb olunan xərclərin azaldılması təmin edilib.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyevanın sözlərinə görə, rüsumun ləğvi heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq. Bundan başqa, hökumətin "dövlət rüsumu haqqında" və "baytarlıq haqqında" qanunlarda da dəyişiklik edilməsi təklifi ilə çıxış etdiyi bildirilir. Layihə qəbul edildikdən sonra bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq. Nəticədə 10 kiloqramlıq qoyun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik, 15 kiloqramlıq qoyun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalacaq.QR

Aysel Fərziyeva deyir ki, yeni qərar identifikasiya sisteminin ölkə ərazisində tətbiqini də asanlaşdıracaq.

Qeyd edək ki, bu qərar və dəyişikliklər antiinflyasiya tədbiri kimi ən azı heyvan əti satışında qiymətlərin sabit qalmasına təsir edə bilər.(xəzərxəbər)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1734   Tarix: 24 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib

22 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Vahid forma, vahid qayda, bərabər imkan: Məktəbli geyimi ətrafında yeni yanaşma

Məktəbli forması haqqında müzakirələri yalnız geyim məsələsi kimi təqdim etmək mövzunun mahiyyətini daraltmaq deməkdir. Əslində vahid məktəbli forması məktəb mühitində bərabərlik, intizam, sosial münasibətlər, valideyn-məktəb əməkdaşlığı, uşağın rahatlığı və təhsil müəssisəsinin daxili mədəniyyəti il

22 sentyabr
.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr