Niyə 5 yox, 4,99 manat: Yaxud alıcını necə idarə etməli...

Niyə 5 yox, 4,99 manat: Yaxud alıcını necə idarə etməli...Məhsul qiymətlərinin 9,99 kimi dəyrləndirilməsinin səbəbi nədir, yerdə qalan 1 qəpiklə ildə nə qədər qazanırlar?

"Satış qiyməti 129,95", "Cəmi 39,99" - hamımız tez-tez belə çağırışlarla qarşılaşırıq. Alış-veriş həyatımızın ayrılmaz hissəsidir və məhsulların üzərinə vurulan qiymətlər bizim hər zaman diqqətimizi çəkir.

Alış-verişimizdə rastlaşdığımız kəsirli rəqəmləri - məsələn, alacağımız köynəyin niyə 100 manat əvəzinə 99,99 manat olduğu hamını maraqlandırır. Gəlin, izahata başlayaq. "200 manat və ya daha çox alış-veriş üçün 25 manat endirim kodu" əslində nə deməkdir?

Onlayn alış-verişin populyarlığının artdığı bu günlərdə biz endirim kodlarından çox istifadə edirik. Bəs bu kodların fraksiyalı qiymətlərlə necə əlaqəsi var?

Onlayn alış-veriş saytında "300 manat və daha çox alış-verişə 30 manat endirim!" ifadəsini görürsünüz. Ancaq almaq istədiyiniz iki məhsuldan biri 189 manat, digəri isə 109 manatdır. Cəmi 298 manat dəyərində olan alış-verişinizdə endirim kodu istifadə edə bilməyəcəyiniz üçün başqa məhsul almağa məcbur qalırsınız.

Alış-verişdə endirim əldə etmək və ya müəyyən məbləğə alış-veriş etsəniz, lotereyada iştirak etmək üçün siz fraksiya qiymətləri ilə qarşılaşmalı ola bilərsiniz. Beynimiz sol rəqəmə diqqət yetirir…

Mütəxəssislərin fikrincə, beyin almaq istədiyimiz məhsulun qiyməti 3.00 manat olduqda 3 rəqəmini, 2.99 manat olduqda isə 2 rəqəmini nəzərə alır. Yəni fərqinə varmadan 2,99 manatlıq bir məhsulda 2 manatın yanına əlavə edilən qəpiklərə fikri vermirik və məhsulu sanki 3 manatdan çox aşağı qiyməti varmış kimi qəbul edirik.

2008-ci ildə Cənubi Brittani Universitetində bu mövzuda maraqlı elmi araşdırma aparılıb. Bir pizzacıda aparılan təcrübədə qiyməti 8 avro olan pizzaların qiymətləri 7,99 avroya dəyişdirilib və təəccüblü nəticələr əldə edilib. Cəmi 0,01 avro ucuzlaşmasına baxmayaraq, satışlar əhəmiyyətli dərəcədə artıb. 9 rəqəminin insan beyni ilə əlaqəsi daha mürəkkəbdir.

Məhsul qiymətlərinin fraksiyalarının adətən ".99" və ya ".95" olduğunu görürük. Bunun səbəbi bəzi rəqəmlərin beynimizdə daha cəlbedici olması ilə bağlıdır. MIT-dən Duncan Simester və Çikaqo Universitetindən Erik Andersonun bu mövzuda apardıqları elmi araşdırmaya nəzər salaq.

Üç fərqli kataloqda eyni məhsulun qiyməti 44, 39 və 34 dollar olub. Maraqlıdır ki, qiyməti 39 dollar olan eyni məhsul daha çox satılıb. Nə üçün 39 dollara satılan kataloq daha ucuz alternativ olduqda daha çox satıla bilər? Məlum olub ki, buna səbəb qiymətin son rəqəminin 9 olmasıdır ki, bu da endirim edilməsi fikrini yaradıb.

Ancaq bu hər zaman yaxşı fikir olmaya bilər. İnsanların dəbdəbəli xidmətlər istədikləri yerlərdə, məsələn, bahalı restoranlarda təklif edilən xidmətin ucuz olduğunu düşünməmək üçün bu satış siyasətindən ümumiyyətlə istifadə edilmir.

Dama-dama göl olar …

Fraksiyalı qiymətlərin səbəbi təkcə psixoloji deyil. Alış-verişinizdə kartla ödəmək əvəzinə nağd ödəmə variantından istifadə etsəniz, siz də müəssisələrin vergilərinə töhfə vermiş ola bilərsiniz.

29.99 manata aldığınız məhsulun pulunu ödəmək üçün kassaya gələndə cibinizdən 30 manat çıxarıb ödənişi edib gedirsiniz. Bəs qalan 1 qəpiyə nə olur? Tutaq ki, alış-veriş etdiyiniz yer 10.000 filialı olan mağazalar şəbəkəsidir. 10 qutu olan bu supermarketdə hər kassadan 200 nəfər alış-veriş etsəydi və hərəsinə 1 qəpik qoysaydı, günün sonunda cəmi 20 manat olardı, bir ildən sonra isə tam olaraq həmin 1 manatdan 73.000.000 manat yığılmış olur.

Bu ticarət məkanı əgər şəbəkəlidirsə, o zaman bu məbləğ çox ciddi ölçülərə çatır. Deməli, bizim önəm vermədiyiniz 1 qəpik və 5 qəpik dama-dama gölə çevrilir. Son olaraq qeyd edək ki, məhsul etiketlərində qarşılaşdığımız kəsirli qiymətlər şirkətlərin satış siyasətidir və bu da satış nisbətlərini əhəmiyyətli dərəcədə artırır.

Hüquqşünas Məhəmməd Səlimov bizimyol.info-ya açıqlamasında bildirib ki, bu satış siyasətidir, buna kimsə müdaxilə edə bilməz. Əgər istehlakçı bu siyasətlə razılaşmayırsa, bir qəpiyini tələb edə bilər, o qədər. Bu kimi aldadıcı satış siyasətləri heç bir məsuliyyət vermir. Çünki alıcı məhsulu alarkən qiymətini görür, razılaşır və ödəyir. Kimsə onun cibinə girib, həmin məbləği zorla götürmür.

"Əgər satıcı aldadıldığını düşünürsə, pulunun qalığını tələb esin və ya kartla ödəniş etsin. Ancaq hansısa mağazaya sən bunu 3 manata deyil, 2,99 manata qoymusan, bu isə məni aldadır demək, düzgün deyil. Sadəcə olaraq, alış-veriş zamanı heç kimi günahlandırmadan diqqətli olmaq önəmlidir",- deyə o bildirib./Bizimyol.Info


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2029   Tarix: 26 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan diri heyvan ixracından gəlirini 45 dəfəyədək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12,6 milyon dollar dəyərində diri heyvan ixrac edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 dəfə çoxdur

14 sentyabr
.

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav

9 sentyabr
.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır

Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli

3 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr