Ağsuda canavarlar kəndlərə hücum edib, 19 baş inək tələf olub – FOTO
Ağsu rayonunun Girdə, Hinqar və Xanbulaq kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara quduz canavarların hücumuna məruz qalıb.
APA xəbər verir ki, canavarlar bir gündə 12 baş iribuynuzlu heyvanı məhv edib. Xəsarət alan heyvanlar quduzluq xəstəliyinə yoluxub. Ümumilikdə kənd sakinlərinə 10 min manata yaxın maddi ziyan dəyib. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin və Ağsu rayon Baytarlıq İdarəsinin nümayəndələri kəndlərə gəlib, heyvanlara baxış keçirib, ərazi dezinfeksiya olunub, mal-qaradan analiz üçün nümunələr götürülüb.
Sakinlərinin sözlərinə görə bu, son bir ayda canavarların kəndə 5-ci hücumudur. Hadisə kəndin dağlıq ərazisində baş verib. Analoji hadisə bu kəndlərdə dəfələrlə baş verib.
Sakinlər bildirirlər ki, son vaxtlar canavarların sayı xeyli artıb və onların kəndlərə hücumu intensiv hal alıb. Son günlər vəhşi heyvanlar ümumilikdə 19 baş iri buynuzlu mal-qaranı tələf edib, yaralı inəklər arasında quduzluq xəstəliyi yayılıb. Sakinlər onlara canavarları öldürməyə icazə verilmədiyini bildirirlər. "Qırmızı kitab"a salınan canavarları ovlamağın cəriməsi 5 min manat olduğu deyilir. Bu qadağalar səbəbi ilə kənd ətrafında canavarların sayı sürətlə artır.
APA-nın əməkdaşı bu məsələ ilə bağlı həmin kənddə çəkiliş aparan zaman xəbər gəldi ki, canavarlar gündüz vaxtı təkrar olaraq daha 2 baş inəyə hücum edərək onları yaralayıb. Kənd sakinləri narahatdır ki, quduzlaşmış canavarlar insanlara da hücum edə bilər. Vətəndaşlar belə bir faciənin yaşanmaması üçün tədbir görülməsini istəyirlər.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir