Sabah Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarəti üçün yola düşəcək

Sabah Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarəti üçün yola düşəcəkAzərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu sabah (iyunun 29-da) Səudiyyə Ərəbistanına yola düşəcək.

Sonxeber.az Report-a istinadla xəbər verir ki, ilk qrupu aparacaq təyyarə sabah saat 12:30-da Bakıdan Ciddəyə uçacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri açıqlamasında bildirib ki, ilk qrupda 180 nəfər olacaq:

"Həcc ziyarətinin proqramına gəlincə, zəvvarlar Ciddəyə endikdən sonra ehram bağlanılan yerə, oradan Məkkəyə gedir. Onların ilk əməlləri Ümreyi-təməttödür, Kəbə evi ətrafında təvaf etmək, İbrahim məqamı arxasında 2 rükət təvaf namazı qılmaq, Səfa və Mərvə dağları arasında səy etmək, sonda təqsir etmək, yəni saçdan və dırnaqdan bir qədər kəsməkdir.

Daha sonra Zülhiccə ayının 9-na kimi (8 iyul) vacibi ayin yoxdur. Zəvvarlar sərbəst şəkildə Kəbəyə gedib, namaz qılıb dua edirlər. Zülhiccə ayının 9-da Ərəfata çıxıb orada dururlar, vüquf edirlər, Zülhiccənin 9-dan 10-na keçən gecə Müzdəlifəyə gedib orada vüquf edirlər. Zülhiccənin 10-u, Qurban bayramı günü Müzdəlifədən Minay gedirlər, əşyalarını çadırlarda qoyub Böyük Şeytana daş atmağa gedirlər. Şeytanı daşladıqdan sonra qurban kəsirlər. Qurbandan sonra saçlarını kəsdirib Hacı olurlar.

Zülhiccənin 10-u, 11-i də Şeytangaha gedib 3 Şeytanı - kiçik, orta və böyük şeytanı daşlayırlar. Zülhiccənin 11-dən sonra Məkkəyə hotelə gəlirlər, sonra Kəbəyə gedib qalan vacibi ayinləri tamamlayırlar. Məkkədə ayinləri bitirdikdən sonra Mədinə şəhərinə, Peyğəmbər rövsəninin ziyarətinə gedirlər. Mədinədə 3 gün qaldıqdan sonra Vətənə geri dönürlər. Qeyd edim ki, Azərbaycana geri dönüş 19-20 iyulda planlaşdırılıb".

QMİ rəsmisi əlavə edib ki, zəvvarların Bakıdan növbəti uçuşları iyunun 30-u, iyulun 1-i və 2-də olacaq.

Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verməlidirlər. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq. Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1039   Tarix: 28 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr