Həşərat sancması zamanı nə etmək lazımdır? - Həkimdən VACİB AÇIQLAMA
Yay fəslində ən çox narahatlıq doğuran məqamlardan biri həşəratların fəallaşmasıdır.
Onların dişləməsi allergik reaksiyalara səbəb olur, çünki həşəratın tüpürcək vəzlərindəki fermentlər bədənin immun sistemi ilə reaksiyaya girir, bu isə qaşınma, dişləmə yerinin qızarması, şişkinlik və gec sağalan yaralar əmələ gətirə bilər.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-allerqoloq Ramin Nərimanın dediyinə görə, həşərat dişləməsi allergiyası olanlar üçün daha təhlükəlidir:
"Həşərat dişləməsi yerli və ümumi əlamətlərlə üzə çıxır. Yerli reaksiyalar hər hansı bir həyati təhlükə daşımır, ümumi reaksiyalar isə daha təhlükəli olur.
Həşərat sancmasına qarşı duz məhlullarından və iltihab əleyhinə dərmanlardan istifadə etmək olar. Anafilaktik şok, boğulma, təzyiqin düşməsi halları vaxtında müdaxilə tələb edir".
Həşərat zəhərinə qarşı istənilən yaş qrupunda allergik reaksiyalara rast gəlinir, bu isə bədənin müdafiə xarakterindən irəli gəlir.
"Təəssüf ki, əksər insanlar allergik reaksiyaların immunitetin düşməsi nəticəsində yarandığını güman edirlər. Hamının immun sistemində cavab reaksiyası var, lakin bəzilərində həmin reaksiya normadan artıq olduğuna görə yerli reaksiyalar daha yayğın şəkildə olur, damar xəstəlikləri, hər hansı travmalar, əvvəllər keçirilmiş dəri xəstəlikləri olanda yerli reaksiyalar daha yayğın şəkildə və daha davamlı olur.
Həşərat sancan zaman həmin nahiyəni qaşımaq, əlavə müdaxilələr etmək, qıcıqlandırıcı maddələr, o cümlədən yod, spirt vurmaq məqsədəuyğun deyil.
Soyuq su ilə uzun müddət yumaq, hipertonik məhlullardan istifadə etmək, iltihab əleyhinə yerli kremlər çəkmək və antihistamin dərmanlardan istifadə məsləhət görülür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2140 Tarix: 28 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrÜç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
10 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrBakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabr