Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədən müəllim CƏZALANDIRILDI - YENİLƏNİB + VİDEO
Azərbaycanda fəaliyyət göstərən məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirən müəllimə şiddətli töhmət verilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib:
"Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə, müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".
12:14
Azərbaycanda fəaliyyət göstərən məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi qeyd edilib.
Eyni zamanda, görüntülərdə Azərbaycan bayrağının yanlış asılması da əks olunub.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, məsələ barədə açıqlama veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5219 Tarix: 28 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr