Yüksək bal toplasa da, imkansızlıqdan təhsil ala bilməyən tələbənin təhsil xərcləri ödənilib - YENİLƏNİB+FOTO

Yüksək bal toplasa da, imkansızlıqdan təhsil ala bilməyən tələbənin təhsil xərcləri ödənilib - YENİLƏNİB+FOTO"Artıq bir neçə şəxs mənə təhsil haqqımın tamamını ödənilənəcəyinə söz verdi".

Bu sözləri öz "Facebook" profilində 2021-ci ilin may ayında SAT proqramı üzrə imtahan verərək, Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan, lakin imkansızlıq səbəbindən təhsil ala bilməmək ehtimalı olan Ranal Qurbanov yazıb.

"Bunların hamısı sizin sayənizdə oldu, əzizlərim. Hər zaman belə həmrəy və bir-birimizə dəstək olaq. Mən Amerikada da bir il yaşamışam və əminliklə söyləyə bilərəm ki, bu gözəl xüsusiyyət yalnız bizim xalqa məxsusdur", - deyə R.Qurbanov bildirib.

"Minnətdarlığımı sözlərlə ifadə edə bilmirəm. İnşallah mənim təhsil almağıma imkan yaradan xalqa layiqli həkim olaram. Hamınıza həddindən artıq minnətdaram", - gənc vurğulayıb.

13:59
2021-ci ilin may ayında SAT proqramı üzrə imtahan verərək, Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan azərbaycanlı tələbə Ranal Qurbanov maddi imkansızlıq səbəbindən təhsil ala bilmir.

Bu barədə Oxu.Az-a R.Qurbanov danışıb.

O, 2004-cü ildə Lənkəranda anadan olub:

"Mən 2010-cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 1-ci sinfinə getmişəm. Rayonda rus dilində orta təhsil almışam. Daha sonra təhsilimi Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə davam etdirmişəm.

V-VI siniflərdə təbiət elmlərinə olan marağıma görə, müəllimlər məni elm olimpiadalarına yönəldiblər. İlk dəfə olaraq, 2019-cı ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə 3-cü yerə layiq görülmüşəm. 2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş, 2021-ci ildə isə 32-ci Beynəlxalq Biologiya Olimpiadasında qızıl medallara sahib oldum".

Həmsöhbətim deyir ki, 2021-ci ildə Respublika Fənn Olimpiadasında qızıl medala layiq görülüb:

"Əlavə olaraq qızıl medalçılar arasında ən yüksək nəticə göstərdiyim üçün "Birincilərin birincisi" mükafatını qazandım və ölkə birincisi oldum.

Eyni zamanda, 2021-ci ildə ABŞ səfirliyinin maliyyələşdirdiyi FLEX proqramını da qazanaraq bir il ABŞ-da təhsil almaq imkanı əldə etmişdim. Ötən il SAT proqramı üzrə imtahan verərək 1600-dən 1530 bal topladım. Türkiyənin bir neçə nüfuzlu universitetinin tibb fakültələrinə qəbul aldım. Bunların arasında Qazi Universitetinin Tibb fakültəsini seçdim.

Hazırda mən ABŞ-dan qayıtmışam və qəbul olduğum universitetdə təhsil almaq istəyirəm. Amma ailəmin maddi imkanı olmadığına görə təhsil ala bilmirəm. Ümid edirəm ki, Azərbaycan adına olan nailiyyətlərimi nəzərə alıb mənə yardım edən olar. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, R.Qurbanovun qəbul olduğu ixtisasın illik təhsil haqqı 6 000 manatdır.

O, dövlət hesabına xaricdə təhsil proqramına müraciət etsə də, tibb fakültəsinə təqaüd verilmədiyi qeyd edilib.

Əlaqə nömrəsi: 050 461 66 70

Kart hesabı:
Yüksək bal toplasa da, imkansızlıqdan təhsil ala bilməyən tələbənin təhsil xərcləri ödənilib - YENİLƏNİB+FOTOYüksək bal toplasa da, imkansızlıqdan təhsil ala bilməyən tələbənin təhsil xərcləri ödənilib - YENİLƏNİB+FOTOYüksək bal toplasa da, imkansızlıqdan təhsil ala bilməyən tələbənin təhsil xərcləri ödənilib - YENİLƏNİB+FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4643   Tarix: 28 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr