İnstaqram Azərbaycanda niyə musiqili videoları bloklayır? - AÇIQLAMA

İnstaqram Azərbaycanda niyə musiqili videoları bloklayır? - AÇIQLAMASon 1 həftə ərzində instaqram kütləvi şəkildə Azərbaycan və bir sıra ölkələrdə musiqili videoları bloklamağa başlayıb.

Səbəb isə videolar üçün istifadə olunan musiqilərin müəllif hüquqlarının pozulmasıdır. Lakin istifadəçilərə göstərilən bildirişdə videoların Azərbaycanla yanaşı bir sıra Afrika, Mərkəzi Amerika və digər IEOÖ-də (İnkişaf Etməkdə Olan Ölkələr) bloklandığı göstərilir. Burada isə əsas sual ortaya çıxır ki, videolar niyə məhz bu ölkələrdə bloklanır?

"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı texnobloqer Fərid Pərdəşünas Technote.az-a açıqlama verib.

Onun sözlərinə görə, instaqramda yalnız müəlliflik hüququ özümüzə məxsus olan video və fotolar paylaşa bilərik: "Bu cür görüntülərdə başqasına məxsus olan bir musiqi parçasını istifadə etmək, birbaşa müəlliflik hüququnun pozulmasıdır. İnstaqram isə bunu yalnız məhdud ölkələrdə tətbiq edir".

Pərdəşünas bunun səbəbinin əslində sadə olduğunu deyib: "İlk olaraq videolarda musiqilərin istifadəsi ilə bağlı instaqram 2020-ci ilin 20 may tarixində yeni qaydalar toplusu qəbul edib. Bu qaydalar ilə instaqramın rəsmi saytından tanış ola bilərsiniz. Belə ki, instaqramın "Instagram music" adlanan musiqi servisi yalnız onların partyonrlarının olduğu ölkələrdə aktivdir. Bu servis vasitəsilə instaqram insanlara musiqilərdən istifadə imkanını yaradır. Lakin bu servis bizim ölkədə aktiv deyil".
İnstaqram Azərbaycanda niyə musiqili videoları bloklayır? - AÇIQLAMATexnobloqer, həmçinin bildirib ki, bir sıra ölkələrdə belə hallara rast gəlinmir: "Musiqilərdən videolarda istifadəyə o ölkələrdə icazə verilir ki, instaqramın həmin ölkədə müəllif hüquqlarını qoruyan partnyor şirkəti olsun. İnstaqram belə şirkətləri "rights holders" adlandırır. Yeni qaydalara görə hətta siz musiqidən istifadə edən zaman müəllifin adını, kanalını işarələyib, ona keçid versəniz belə bloklana bilərsiniz. İnsaqram yalnız rəsmi icazə ilə, musiqilərin müəllif hüquqları tam qorunduqda belə videoların yayılmasına imkan verir. Bunu isə təyin etmək üçün instaqram "rights holders"lər ilə əməkdaşlıq etməlidir".

Pərdədüşnas qeyd edib ki, instaqram Azərbaycanda heç bir "rights holder", yaxud musiqi leybılı ilə əməkdaşlıq etmir: "Buna görə də həmin musiqilərin heç birinin müəllif hüquqlarını qoruya bilmədiyi üçün ən asan yol olan bloklamağa əl atır. Yəni siz bu musiqini instaqramın əməkdaşlıq etdiyi şirkətin olduğu ölkədən paylaşsaydınız, bu belə olmayacaqdı. Siyahıda olan ölkələrə nəzər salanda da görmək olar ki, instaqram üçün maraqlı olmayan bazarların adları burada yer alır. Belə vəziyyətdə vətəndaşların və sosial media istifadəçilərin edə biləcəyi heçnə yoxdur. Sadəcə özümüzün bəstəsi olmayan heç bir musiqidən istifadə etməli deyilik. Ümid edək ki, instaqram ölkəmizdən olan bir şirkətlə əməkdaşlığa başlayıb, müəllif hüquqlarının təmin edilməsinə şərait yaradar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1128   Tarix: 28 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr