Kürün keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var - XƏBƏRDARLIQ + FOTO

Kürün keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var - XƏBƏRDARLIQ + FOTOBir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Nəticədə Kür çayında suyun səviyyəsi artıb.

Son məlumata görə, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 88 sm artıb və su sərfi 810 kubmetr/san olmaqla ongünlük normanın 200 faizini təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, iyun ayında ölkə ərazisində intensiv yağışlar nəticəsində respublikanın əksər çaylarında gursululuq müşahidə olunur:

"Böyük və Kiçik Qafqazın bəzi çaylarında isə daşqın və sel keçib. İyun ayı ərzində respublika çaylarında 16 daşqın hadisəsi qeydə alınıb. Bu da son 20 ildə ən yüksək göstəricidir. Ən təhlükəli sel hadisəsi iyunda Daşkəsən ərazisindən keçən Gəncəçayda və Goranboyda yerləşən Gorançayda qeydə alınıb.

Eyni zamanda, Türkiyə və Gürcüstan ərazisində düşən güclü yağıntı nəticəsində Kür-Tiflis məntəqəsində Kürün səviyyəsi iki metrə kimi artıb. Bu günə olan məlumata görə, yüksək sululuq səviyyəsi artmaqda davam edir".
Kürün keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var - XƏBƏRDARLIQ + FOTOA.Verdiyev qeyd edib ki, Ağstafa, Tovuz rayonlarında bəzi yerləri su basa bilər:

"Kür çayının təhlükə yaradacağı o qədər də gözlənilmir. Sadəcə Kürə yaxın yerlərdə əkin, örüş yerlərini su yuya bilər".

O qeyd edib ki, sabahdan etibarən ölkə ərazisində suyun səviyyəsinin azalacağı gözlənilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov isə saytımıza açıqlamasında bildirib ki, Kürdə suyun çox olması hazırda qorxulu hal deyil:

"Qlobal istiləşmə ilə bağlı son dövrlər Kürdə suyun səviyyəsi azalmışdı. Buna baxmayaraq, ASC-nin yerli istismar idarələri Kürdə təhlükə törədəcək yerlərin bərpası ilə məşğul olub, bəndlər vurublar. Hazırkı vəziyyətdə Kür çayının dağıdacağı, təhlükə törədəcəyi yer yoxdur. Biz yerli icra hakimiyyətləri ilə bərabər çalışırıq və bununla bağlı xüsusi tapşırıqlar verilib.

Problem olacaq yerlərə texnikalar cəlb olunub. Su anbarlarında ehtiyat yerlər var. Kürün üzərində bizim nasos stansiyalarımız var ki, su axınının təsir göstərməməsi üçün tədbirlər görülüb. Bu günə qədər hər hansı bir yaşayış yerində, əkin sahəsində problem yaranmayıb".
Kürün keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var - XƏBƏRDARLIQ + FOTOAzərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan isə qeyd edilib ki, Kür çayının səviyyəsinin kəskin artması bu şəkildə davam edərsə, təhlükə yarada bilər:

"Kürün keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var. Ağstafa-Qazax zonasında çayın səviyyəsinin daha çox qalxması baş verir. Həmin hissədə Kür məcrasından çıxa bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1545   Tarix: 28 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021