"Milli və dini gərginliyin olmaması xalqın sifarişidir" - Elman Nəsirov

"Milli və dini gərginliyin olmaması xalqın sifarişidir" - Elman Nəsirovİstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Azərbaycanda dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi üçün hansı tədbirlər görülür?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycanda milli və dini zəmində gərginliyin olmaması həm dövlətin, həm də xalqın sifarişidir:
"Əvvəla bunu qeyd edim ki, Azərbaycanda milli və dini zəmində heç bir ədavət və gərginlik yoxdur. Bunun da səbəbi Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi müəyyən edilməsidir. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub və ölkə prezidenti İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Həm də milli və dini zəmində bizdə ona görə hər şey qaydasındadır ki, bizdə multikulturalizm mühit şəraiti bir adət-ənənədir. Bu həm dövlət siyasətidir, həm də ictimai sifarişdir. Çünki xalqımız bunu belə istəyir. Biz çoxmillətli dövlətik, dini konvensiyalarımız var. Bu bizim zənginliyimizdir və bununla fəxr edirik. Eyni zamanda bu bizim böyük məsuliyyətimizdir. Biz məsuliyyəti dərk edirik ki, çoxmillətli və çoxkonvensiyalı dövlətik. Biz ailə kimi və harmonik yaşayırıq.

Ölkəmiz bu gün dünyaya təkcə neft və qaz ixrac etmir, həm də multikultural dəyərlər ixrac edir. Bu gün multikulturalizm Avropa ölkələrinin özündə də defistə çevrilib. Bir çox Avropa ölkələrində multikulturalizimin əleyhdarları formalaşıb və onlar Azərbaycanın təbliğ etdiyi multikultural dəyərlər ilə bağlı fərqli mövqeyə malikdirlər. Bu isə qəbuledilməzdir. Çünki dünyanın xilası multikulturalizm, milli, dini, etnik barışıqdan keçir. Bu olmayan yerdə dünyamız gərgin qalacaq və toqquşmalar üçün şərait yaranacaq. Bu reallığı dünyanın dini liderləri də qəbul edirlər.

Roma papası Azərbaycana son səfəri zamanı Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirdi. Azərbaycan dünyanın ən tolerant mərkəzlərindən biridir. Xüsusilə də vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyətini qeyd etmək istərdim.Roma papası İtaliyada məşhur katakombaların bərpasına görə bir çox dövlətlərə, təşkilatlara müraciət etsə də heç kim öz üzərinə götürmədi.Yalnız Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə katakombaların bərpa işi həyata keçirildi. Bu da onu göstərir ki, Azərbaycan həm milli dəyərlərimizi qoruyur, həm də beynəlxalq aləmdə milli və dini dəyərlərin müdafiəsinə böyük töhfə verir".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
"Milli və dini gərginliyin olmaması xalqın sifarişidir" - Elman NəsirovŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1478   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr