"Bəyin oğurlanması"nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı? - FOTO

"Bəyin oğurlanması"nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı? - FOTO"Onlar mənə atamın ağır vəziyyətdə olduğunu söylədilər və dedilər ki, atam ölüm ayağındadır. Xoşbəxtlikdən, onlar məni vaxtında tapdılar və atamla "Skype" vasitəsilə danışa bildim".

Kulis.az aktrisa Natəvan Məmmədova haqqında on maraqlı faktı təqdim edir.

Natəvan Məmmədova Bakı şəhərində anadan olub. 15 saylı orta məktəbdə təhsil alıb. Əslən tatar qızı olan anası Flora xanım Moda Evinin işçisi olub, tanınmış dərzi-dizayner kimi fəaliyyət göstərib.

Natəvanın kinodakı ilk işi 17 yaşında olub. O, 1987-ci ildə anasının çalışdığı Bakı Moda Evində model kimi tikilən paltarları nümayiş etdirirmiş. Günlərin birində rejissor Rasim Ocaqovun assistenti onun şəkillərini jurnalda görür. O ərəfədə də R.Ocaqov "Park" filminə çəkmək üçün gənc qız axtarırmış və rejissor öz assistentinin köməyi ilə Natəvanı çəkilişlərə dəvət edir.

Aktrisa həmin günləri xatırlayarkən deyir:

"Əslində, mən çəkilmək istəmirdim, çünki məqsədim ali məktəbə daxil olmaq idi. Mənim üçün maraqsız idi aktrisa olmaq, ümumiyyətlə, planlarıma daxil belə deyildi. O zaman mən sevdiyim oğlanla qərara almışdıq ki, hər ikimiz ali məktəbə daxil olandan sonra evlənək. O da mənim kinoya çəkilməyimin qəti əleyhinə idi. Bilmirəm, rejissor assistenti sevdiyim oğlana nə dedi, nə demədi və o da başladı məni dilə tutmağa ki, təklif olunan roldan imtina etməyim. Sonra da məni Rasim Ocaqovun yanına apardılar. Rasim müəllim çox mədəni insan idi və eyni zamanda öz işinin ustasıydı. O, söhbətimizin gedişində məni filmə çəkilməyə razı sala bildi... "Park" filminə çəkiləndən sonra digər rejissorlardan da dəvət almağa başladım".

"Park"a çəkiləndən bir il sonra Natəvan Məmmədovanı "Tənha narın nağılı" filminə dəvət edirlər. Onda mən dedim ki, yox, bir filmə çəkildim bəsdir! Oxumaq, ali təhsil almaq istəyirəm! Amma yekunda yenə məni yola gətirə bildilər".

Rejissorların diqqətini çəkən aktrisaya ard-arda rejissorlar tərəfindən təkliflər gəlməyə başlayır. O, "Tənha narın nağılı"nda Surət, "Bəyin oğurlanması"nda Yasəmən və "On yeddi yaşlı oğlan" filmində Məleykə obrazlarını yaradır.

Aktrisanı tamaşaçılara tanıdan obraz isə "Bəyin oğurlanması" filmindəki Yasəmən obrazı olub. Aktrisa filmdə baş verən maraqlı əhvalatlar barədə belə deyir:

"Çəkilişlər Şamaxı rayonunda üzüm yığımı mövsümündə aparılırdı. Bizə söyləmişdilər ki, qaldığımız oteldən çıxmayaq, əks halda, "oblava"ya düşüb üzüm yığımına aparıla bilərik. Arif Quliyev bu məsləhətə qulaq asmayıb gəzməyə çıxanda polis onu yaxalayıb dərhal üzüm bağına aparmışdı. O, aktyor olduğunu və filmdə çəkilmək üçün Şamaxıya gəldiyini nə qədər izah etməyə çalışsa da, Arif müəllimə inanmamışdılar. Yalnız üç saatdan sonra polislərdən biri Arif Quliyevi tanımış və onu sərbəst buraxmışdılar. Amma insafən yola salarkən hədiyyələr də vermişdilər. Arif müəllim çəkiliş heyətinə başına gələnləri danışanda hər kəs gülməkdən uğunub getmişdi.

Filmdə nişanlım rolunu oynayan Şamil Süleymanov çəkilişlər arasında mənə kiçik bacı kimi yanaşır, hər cür qayğı göstərirdi. Bizi çəkilişlərə görə səhər saat dörddə yuxudan oyadırdılar. Bəzilərimizi ayaqüstə yuxu basırdı. Çəkiliş anlarından birində sözün əsl mənasında başımı Şamilin çiyninə söykəyib necə yatdığımı heç unutmayacağam, o da mən oyanmayım deyə tərpənməmişdi. Hətta rejissor Ceyhun Mirzəyev məni çəkiliş üçün oyatmaq istəyəndə Şamil demişdi ki, "oyatma, qoy uşaq hələ yatsın".

Lakin Natəvan xanımın kino karyerası gözlənildiyi kimi uzunmüddətli olmur. "On yeddi yaşlı oğlan" filmindən sonra aktrisa kino sahəsindən həmişəlik uzaqlaşmağı qərara alır. Amma kinodan uzaqlaşmazdan öncə o, 1993-cü ildə rejissor-aktyor Ceyhun Məmmədovun çəkdiyi "Fəryad" filmində rejissor assistenti olur. Filmdə əsirlikdə olan yaralı komandir İsmayıl düşmənlərlə birlikdə özünü də məhv etmək üçün evi yandırmağa çalışarkən evdə qalıb ağlayan uşaq Yasəmənin 1 yaş 8 aylıq olan oğlu Anar olur. Aktrisa film barədə deyir:

"Çəkilş zamanı o ağlamalı idi, amma yedizdirilib rahatladılan uşaq üçün bunu necə etmək olardı? Onda Ceyhun Mirzəyev kiçik bir hiyləyə əl atdı - uşaq mənim yanıma gəlmək istəyəndə ona qışqırdı: "Anaya gedə bilməzsən!" Oğlum ağlamağa başladı və bu kadr lentə alınıb filmə salındı. Sonra Ceyhun onu uzun müddət sakitləşdirdi, qucaqladı, öpdü, oxşadı, oynadı. O, çox yaxşı adam idi".

Bir müddət sonra Natəvan xanım Bakı Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olaraq ali təhsil alır və memarlıq üzrə magistr dərəcəsinə yiyələnir.

***

Memar olan Natəvan 90-cı illərin əvvəllərində Azərbaycanda populyar olan Şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olub, bu yöndə olan yarışlara qatılaraq, parlaq nəticələr əldə edib. O, kunq-fu üzrə Azərbyacan çempionatında iki il ard-arda ölkə çempionu olub.

Natəvan Məmmədova 90-cı illərin ortalarında ailə həyatı quraraq həyat yoldaşı və azyaşlı oğlu ilə birgə Azərbaycanı tərk edərək İsrailə köçür. Hazırda İsrailin Netanya şəhərində yaşayan Natəvan Məmmədova birgə yola çıxdığı həyat yoldaşından orada ayrılır. Əri başqası ilə evlənsə də, o, ikinci dəfə ailə həyatı qurmur.

55 yaşlı aktrisa İsraildə nə kino sahəsində, nə də ixtisası üzrə memar işləyir. Onun sözlərinə görə, hələ Bakıda Kunq-fu Federasiyasında məşqçi olduğu müddətdə masaj etmənin sirlərini öyrənməyi İsraildə köməyinə çatıb. Belə ki, orada masaj kursu keçən azərbaycanlı xanım hazırda həm kineziologiya ilə, həm də kosmetologiya ilə məşğuldur. Son müsahibəsində o deyir:

"2013-cü ildə Bakıya gəldim. Valideynlərim ayrıldıqdan sonra atamla əlaqəni itirdim. Bir-birimizi çox axtardıq. Bir müddətdən sonra isə onun ikinci nikahından olan övladları məni sosial şəbəkə vasitəsilə tapdılar. Onlar mənə atamın ağır vəziyyətdə olduğunu söylədilər və dedilər ki, atam ölüm ayağındadır. Xoşbəxtlikdən, onlar məni vaxtında tapdılar və atamla "Skype" vasitəsilə danışa bildim. Atam böyük qəmli gözləri ilə uzun-uzadı mənə baxırdı. O, sanki, bu həyatdan köçməmişdən əvvəl məni yadda saxlamaq istəyirdi. 2012-ci ildə o, dünyasını dəyişdi. Qardaşım Bakıda, bir bacım Antalyada, o biri isə Gəncədə yaşayır. Mən isə oğlumla İsraildə yaşayıram. Oğlumun sevgilisi Sankt-Peterburqda yaşadığından, çox güman ki, o da onun yanına köçəcək. Hazırda İsraildə təkəm: mən və mənim işim".
"Bəyin oğurlanması"nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı? - FOTO"Bəyin oğurlanması"nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı? - FOTO"Bəyin oğurlanması"nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı? - FOTO"Bəyin oğurlanması"nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı? - FOTO"Bəyin oğurlanması"nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı? - FOTO"Bəyin oğurlanması"nın Yasəməni ölüm ayağında olan atası ilə necə danışdı? - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3556   Tarix: 01 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr