Media nümayəndələri üçün "Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı" mövzusunda təlim keçirilib
İyunun 30-da Medianın İnkişafı Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil olunub. Təlimdə 30-a yaxın media nümayəndəsi iştirak edib.
"Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı" mövzusunda keçirilən təlimdə DVX-nin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Rəşad Nuriyev, İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə və Hüquqi şəxslərin dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseynzadə iştirakçılara təqdimatlar ediblər.
Tədbirdə təlim iştirakçılarına büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi, əmək münasibətlərinə nəzarət üzrə vergi inzibatçılığı, hüquqi şəxslərin qeydiyyatı sahəsində islahatlar, vergi ödəyicilərinin hüquq və vəzifələri barədə geniş məlumat verilib, müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Təlimin sonunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva media nümayəndələrinə sertifikatlar təqdim ediblər.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir