Bu qəsəbəni ağcaqanadlar basıb - VİDEO

Bu qəsəbəni ağcaqanadlar basıb - VİDEO"Yay gələndən belə demək olarsa, ağcaqanadların kütləvi hücumuna məruz qalmışıq. Xüsusən axşam saatlarında, hava qaralandan sonra qəsəbədə həyat dayanır. Heç kim çölə çıxa bilmir, işıqları söndürüb evdə otururuq".

Bu şikayətlə "Qafqazinfo"ya Abşeron rayonu, Məmmədli qəsəbəsi Əjdər Məlikov küçəsində yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, əvvəllər sözügedən ərazi dərmanlandığından belə hallar yaşanmayıb. Hazırda isə ərazi dərmanlanmır, üstəlik yaxınlıqdakı qrunt sularının yığıldığı gölün ətrafına məişət tullantılarının tökülməsi də buranı yaşanmaz hala gətirib.

"Yaxınlıqda göl var, bir neçə ay əvvəl gətirib həmin əraziyə məişət tullantıları tökmüşdülər. Sakinlərin etirazından sonra yığışdırıldı. Bundan sonra da ağcaqanad əlindən tərpənmək olmur. Axşam saatlarında qəsəbə zülmətə bürünür. Heç kim evində işıq yandırmır, çünki işıq yansa, evdə yatmaq mümkün olmaz. Həyətə çıxıb hava almağı isə heç ağlımıza gətirmirik. Aidiyyəti dövlət qurumlarına şikayət etsək də, çarə edən tapılmır", - qəsəbə sakini Pərvin Zeynalov bildirib.

Məsələ ilə əlaqədar Abşeron rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya Şöbəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazi Abşeron rayonuna aid olsa da, orada xidmət prosesi Sabunçu rayonunun müvafiq şöbələri tərəfindən həyata keçirilir: "4-5 il əvvəl də belə bir problem qalxmışdı, sakinlər ağcaqanadların olmasından şikayətlənirdilər. Biz araşdırdıq, məlum oldu ki, həmin ərazilərdə dezinfeksiya işləri Sabunçu rayonunun aidiyyəti qurumları tərəfindən həyata keçirilir. Biz dəfələrlə sözügedən qəsəbənin bələdiyyəsinə müraciət etmişik ki, Abşeron rayonunun ərazi profilaktika-dezinfeksiya şöbəsi ilə müqavilə bağlasınlar. Lakin illərdir desək də, müqavilə bağlanmır, nəticədə aidiyyəti qurum gedib orada dezinfeksiya işləri həyata keçirə bilmir".

Məsələ ilə əlaqədar Məmmədli bələdiyyəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab ala bilmədik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1502   Tarix: 01 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr