Arvadını baltalamaq istəyən şəxs: "Polis onunla kobud danışırdı"
Qəbələdə həyat yoldaşını baltalamaq istəyən və polis şöbəsinin həyətində səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan şəxsə cəza verilib.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib.
Belə ki, Talıb Əhmədovun (ad və soyadlar şərtidir) həyat yoldaşı Məsmə Əhmədova "102" xidmətinə zəng edərək ərinin onu baltalayaraq öldürmək istəməsi barədə məlumat verib. Polis əməkdaşları gələrək onları izahat almaq üçün şöbəyə dəvət ediblər.
Onlar şöbəyə getdikdən sonra Talıb Əhmədov Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasının həyətində səs-küy salaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
Daha sonra T.Əhmədov polis şöbəsinə aparılıb və onun barəsində inzibati protokol tərtib edilərək Qəbələ Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən Talıb Əhmədov bildirib ki, polislər onun arvadı ilə kobud danışdıqları üçün əsəbiləşib:
"Hadisə baş verən gün axşam saatlarında evə getdim. Uşaqlar evdə olsalar da, Məsmə yox idi. O, xadimə işləyir. Evə gec gəlməsindən əsəbiləşdim. Gələndən sonra əlimə baltanı alaraq onu vuracağımı dedim. Məqsədim onu vurmaq yox, sadəcə qorxutmaq idi. Bundan sonra polisə müraciət edib. Polislər də gəlib bizi şöbəyə apardılar. Şöbəyə gedəndən sonra mən həyətdə qaldım, Məsməni içəri apardılar. Təhqiqatçı onunla kobud danışdığı üçün əsəbiləşdim. Bu zaman mən polislərdən su və siqaret istədim. Orada olan sürücü polis mənə qarşı nalayiq ifadələr işlədib zor tətbiq etdi. Mən yenə də onlara qarşı heç bir nalayiq ifadə işlətmədim. Mən izahat verməkdən imtina edib, arvadımı da alıb evə gəldim".
Qəbələ Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və ona səkkiz sutkalıq həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1037 Tarix: 01 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrSosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrSəhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabrBulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabr