Meymunçiçəyi xəstəliyinin diaqnostika qaydaları açıqlanıb
Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə hazırladığı klinik protokolunda xəstəliyin diaqnostikası məlum olub.
BAKU.WS xəbər verir ki, protokolda qeyd olunub ki, xəstəliyin olmasına şübhəli şəxslərə test edilməlidir.
Testin aparılması qərarı infeksiya ehtimalının qiymətləndirilməsi ilə əlaqəli olaraq həm klinik, həm də epidemioloji amillərə əsaslanmalıdır. Diaqnoz xəstədən götürülmüş patoloji materialda PZR (NAAT) üsulu ilə meymunçiçəyi virusunun DNT-nin aşkarlanması ilə təsdiq olunur.
Virusların təcrid edilməsi rutin diaqnostik prosedur kimi tövsiyə edilmir və yalnız müvafiq təcrübəsi və qoruyucu vasitələri olan laboratoriyalarda aparılmalıdır.
Bu üsullar müntəzəm diaqnostikanın bir hissəsi kimi tövsiyə edilmədiyinə görə bu metodologiyaların xüsusi təfərrüatları bu sənəddə əks olunmur.
Seroloji üsullara gəlincə, ortopoksviruslar seroloji olaraq çarpaz reaksiyalara səbəb olduğundan, antigen və anticisimlərin aşkarlanması üsulları meymunçiçəyi xəstəliyinin spesifik təsdiqini təmin etmir. Bundan əlavə, təbii çicəyə qarşı peyvənd almış insanlarda yalnışmüsbət nəticələr rast gələ bilər.
Stasionar müalicəyə daxil olmuş xəstələrə qanın və sidiyin ümumi analizi ilə yanaşı göstərişlərə əsasən qanda elektrolitlərin təyini, qaraciyərin funksional sınaqları, sidik çövhəri, koaquloqram və venoz qanda laktat miqdarı təyin olunmalıdır.
Təcrid olunmuş xəstə ağır vəziyyətdədirsə və onda dəri yaralarının bakterial infeksiyasının qoşulması güman edilirsə, antibakterial müalicədən əvvəl qanın bakterioloji müayinəsinin aparılması tövsiyə olunur. Hərarətin yüksəlməsindən 3 həftə əvvəl malariyaya endemik regionda olmuş şəxslərdə malariya infeksiyasını inkar etmək üçün müvafiq müayinə aparılmalıdır.
Dəri səpkilərinə səbəb ola biləcək müxtəlif patoloji vəzittəylərin mümkünlüyü, meymunçiçəyi xəstəliyinin klinik təzahürünün atipik ola bilməsi ehtimalı onun yalnız klinik əlamətlər əsasında diqanostikasını çətin edə bilər. Buna görə yayılmış səpkilərin digər potensial səbəblərini nəzərə almaq xüsusilə vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir