BUNLARI ETMƏYİ DAYANDIRIN!

BUNLARI ETMƏYİ DAYANDIRIN!Başqalarını günahlandırmağı:

Hər bir insan səhv edə bilər. Məsələn, işçiləriniz sizin ümidlərinizi doğrultmaya bilər, satıcılar malları vaxtında təslim etməyə bilər. Və siz bu problemlərə görə onları günahlandıra bilərsiz. Ancaq siz özünüz də həmçinin günahkarsınız. Ola bilər ki, siz işçilərə kifayət qədər təlim keçməmisiz. Ola bilər sizin qurduğunuz bufer kifayət etməyib. Və ya siz çox qısa zamanda çoz şey tələb etmisiz.

Nələrsə yolunda getmədiyi vaxt başqalarını günahlandırmaq əvəzinə məsuliyəti öz öhdənizə götürün. Bu mazoxistlik deyil, əksinə, bu güclü olmaqdır. Çünki, siz bu səhvlərdən nəticə çıxardıb gələn dəfə işləri daha yaxşı və daha ağıllı şəkildə görəcəksiz. Bunun da sizi xoşbəxt etdiyini anlayacaqsınız.

İnsanlara nəyləsə təsir etməyi:

Heç kəs sizi paltarlarınıza, maşınınıza, tutduğunuz vəzifəyə, nüfuzunuza ya da uğurlarınıza görə sevmir. Çünkü,bunların hamısı sadəcə, sizin sahib olduqlarınızdır, siz yox. İnsanlar sizin olanları sevə bilərlər. Amma bu o demək deyil ki, onlar sizi də sevir.

Əlbəttə ki, onların bu gördükləri gəldi-gedər varlıqlardır. Onların daimi olmadığı kimi, maddiyat üzərinə qurulmuş münasibətlər də həqiqi deyildir. Həqiqi münasibətlər sizi xoşbəxt edə bilər. Bununçünsə siz, sahib olduqlarınızla insanlara təsir etməyi dayandırıb yalnız özünüz olmalısız.

İnsanların sözünü kəsməyi:

Kiminsə sözünü kəsmək sadəcə mədəniyyətsizlik deyil. Siz bunu etdiyiniz zaman sanki belə demiş olursuz : "Mən sənə qulaq asmıram,ona görə də nə demək istədiyini başa düşdüm. Və ya belə: "Mən sənə qulaq asıram, görə də nə deyəcəyimi qərarlaşdırdım."

İnsanların sizi sevmələrini istəyirsizsə onları dinləməyi bacarın. Diqqətinizi onlara verin. Anlamadığınız zaman onlara suallar verin. Və bununla onlara qulaq asdığınızı göstərin. Əmin olun ki, bu zaman onlar sizi sevəcək və sizi də sevilmək hissi xoşbəxt edəcək.

Hər şeydən şikayət etməyi:

Dediyimiz sözlərin bizim üzərimizdə təsiri çoxdur. Məsələn, problemlərimizdən şikayət etdiyimiz zaman bu bizə heç də yaxşı təsir etməyəcək. Əksinə, özümüzü daha da pis hiss edəcəyik.

Əgər nəsə yolunda getmirsə, zamanınızı şikayət edərək boşa xərcləməyin. Vəziyyəti xeyrinizə dəyişdirməyə cəhd edin. Bəli, siz istədiyiniz qədər şikayət edə bilərsiz. Amma bunun nə faydası olacaq? Heç bir. Ona görə də vaxt itirməyin. Elə indi problemlərinizi həll etməyə başlayın.

Hətta öz-özünüzlə belə problemlərinizdən danışmayın. Onları necə həll edə biləcəyinizdən danışın. Dostlarınız və bütün əhatənizlə də eyni şeyi edin.

Yadınızda saxlayın ki, doltlar sadəcə çətin günlərdə ağlamaq üçün çiyin deyil. Əsl dost dostuna həyatından gileylənməyə icazə verməz. O, dostunun həyatını daha da yaxşı etməyə çalışar.

İnsanları yönləndirməyi:

Siz rəhbər ola bilərsiz. İşdə ən önəmli şəxs də ola bilərsiz. Amma sizin idarə etməli olduğunuz əsas şəxs özünüzsüz. Əslində "idarə etmək " ifadəsi özündə çox şeyi birləşdirir. Güc, qorxu, hakimiyyət ,təzyiq və s. Amma yadınızda saxlayın ki, insanlara təzyiq edərək onları yanınızda saxlaya bilməzsiz.

Sizinlə könüllü şəkildə yola çıxma qistəyən insanları tapın. Bu zaman ,onların gördükləri iş də daha keyfiyyətli,münasibətlər də daha səmimə olacaqdır. Və hər iki tərəf özünü xoşbəxt hiss edəcək.

İnsanları mühakimə etməyi:

Siz daha savadlı,daha təcrübəli ola bilərsiz. Daha çox çətinlik görmüş və çox şeyin öhdəsindən də gəlmiş ola bilərsiz. Ancaq bu sizi daha ağıllı, daha yaxşı və daha anlayışlı etməz.

Hər kəs müxtəlifdir : nə daha yaxşı,nə daha pis. Sadəcə, müxtəlif insanlarda nöqsan axtarmaq əvəzinə onları olduqları kimi qəbul edin.

Nəsihət verməyi:

Mühakimə etmək qədər xoşagəlməyən bir şey də özünü hamıdan ağıllı bilib nəsihət verməkdir. İnsanlar işlərində daha yüksək zirvələrə qalxdıqca özlərinin hamıdan ağıllı olduqlarını zənn edirlər. Və başqalarına da bunu belə yansıdırlar. Əgər,siz gedişatı deyil, sadəcə nəticəni danışırsızsa, insanlar sizi dinləyəcək, amma eşitməyəcəklər.

Keçmiş qiymətlidir. Öz səhvlərimizdən, başqalarının səhvlərindən dərslər alır, nəticələr çıxarırıq.

Həyatınızda səhvlər etdiyiniz zaman bunları sizə bilmədiklərinizi öyrədəcək hadisələr kimi , başqaları səhv etdiyi zamansa bunu mehriban,anlayışlı və bağışlayan biri olmaq üçün fürsət kimi dəyərləndirin.

Keçmiş sadəcə öyrədir. Sizi bütünlüklə tanımlamır. Nələrin yanlış getdiyi haqda düşünün,amma bunu sadəcə onları həllini tapa bilmək üçün edin.

Qorxmağı:

Bizim hamımızın qorxuları var: "Olacaq ya olmayacaq, bunu bacara biləcəyikmi, insanlar bunu necə qarşılayacaq və s." Buna görə də biz çox şeyə tərəddüd edirik. Bizə lazım olansa düzgün vaxtı gözləmək, qərar verməmişdən əvvəl biraz da düşünmək və digər alternativləri tapmaq və istifadə etmək. Bunu etmək ola bilsin ki, bizim ayımızı, ilimizi alsın. Amma nəticədə biz öz xəyallarımıza çatmış olacağıq.

Nəyisə planlaşdırdığınız zaman, xeyal etdiyiniz zaman, hər hansı bir işə başladığınız zaman icazə verməyin ki qorxularınız sizi izləsin. İşə başlamaq istədiyinizdə, sadəcə olaraq ilk addımı atın. Ya da siz işinizi dəyişmək və ya daha da genişləndirmək istəyirsizsə ilk addımı atmaqdan qorxmayın. Qorxularınızı kənara qoyun və başlayın. Nəsə edin. Əks təqdirdə bugünü itirəcəksiz. Sabah gələcək amma bugünü həmişəlik itirmiş olacaqsız. Bugün əlimizdə olan ən dəyərli varlıqdır. Onu hədər etməyin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 704   Tarix: 27 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021