Daha iki şəhidin adına gəmi dünya sularında üzəcək

Daha iki şəhidin adına gəmi dünya sularında üzəcək"Palmali Holding" şirkətinin növbəti iki gəmisi İkinci Qarabağ Müharibəsində şəhid olan Xudayar Yusifzadənin və Əli Nəcəfovun adı verilib və dünya sularına yola salınıb.

Bu barədə şirkətin mətbuat katibi Fidan Quliyeva bildirib.

"Şəhidlərin adını daşıyacaq gəmilərimiz dünya sularına yola salındı.Gəmilərin qarşılanma mərasimində hər iki şəhidin yaxınları,qazilər və bir çox Azərbaycandan gələn şəxslər iştirak edib. Tədbirdə şəhid analarına şirkətin rəhbəri Mübariz Mənsimov tərəfindən qızıl medallar təqdim olunub.Daha sonra ailələr yola düşəcək gəmilərə dəvət olunaraq gəmini gəziblər", -mətbuat katibi bildirib.

General Polad Həşimov, Vətən müharibəsi şəhidləri Adil İbrahimli, İman və Bəhram qardaşları, Cəbrayıl Dövlətzadədən sonra bu, dəniz sularına yola salınan və Vətən müharibəsi şəhidlərinin adlarını daşıyan daha iki tankerdir.

"Palmalı Holding" şirkəti tərəfindən indiyə kimi 7 gəmiyə Azərbaycan şəhidilərinin adı verilib. Sulara buraxılan gəmilər general şəhid Polad Həşimov, Pəncəli Teymurov, İman və Bəhram qardaşları, Adil İbrahimli, Xudayar Yusifzadə və Əli Nəcəfovun adını daşıyır.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Pəncəli Teymurov 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabirin və 20 əsgərin olduğu "Ural" markalı maşını partladaraq onların hamısını məhv edir. 2016-cı ilin aprel hadisələrinin ilk günü Pəncəli öz döyüş yoldaşları ilə erməni təxribatının qarşısını almağa yola düşür. O, ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Mühasirəyə düşsə də, son damla qanına kimi döyüşür və düşmənə ağır zərbələr endirdikdən sonra şəhid olur.

İman və Bəhrəm qardaşları 2020-ci il İkinci Qarabağ Müharibəsində oktyabrın 27-də Qırmızı Bazar ətrafında gedən gərgin döyüşlər zamanı şəhid olublar. Hər iki qardaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Baş kəşfiyyatçı Adil İbrahimli urovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. 40 gün vuruşub. Son tapşırığı Şuşada olub və elə orada da böyük şücaət göstərib. Noyabrın 7-də şəhidlik zirvəsinə ucalıb.Prezidentin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalına layiq görülüb.

Əli Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Tüklə kəndində dəfn olunub./Faktor


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1543   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr