Ukrayna daha bir yaşayış məntəqəsini işğaldan AZAD ETDİ
Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti Berislav rayonunun İvanovka kəndini işğaldan azad edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Cənubi Buq istiqamətində düşmən Ukrayna qüvvələrinin fəaliyyəti nəticəsində İvanovka kəndini tərk edib", - Baş Qərargah açıqlayıb.
Qeyd edək ki, mərkəzi şəhəri daxil olmaqla böyük hissəsi Rusiya qüvvələrinin işğalı altında olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır. İşğalçı qüvvələr nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.
Son həftələrdə Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində əks-hücuma başlayıb. Onlar vilayətin bir sıra ərazilərini işğaldan azad edərək Xerson şəhərinə yaxınlaşıblar. Hazırda bölgədə şiddətli döyüşlər davam edir.
Xatırladaq ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətinin eyniadlı mərkəzini ələ keçirdiyini açıqlayıb. Bundan sonra bölgədə Rusiya tərəfindən hakimiyyətə gətirilən qondarma rəhbərlik Rusiyaya birləşmək niyyətini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1727 Tarix: 02 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
Rusiya və Ukrayna Belarus ərazisində həlak olmuş hərbi qulluqçuların meyitlərini mübadilə edib. Bu barədə "Report" BELTA-ya istinadən xəbər verir. Məlumata görə, Ukraynaya 252, Rusiyaya isə 25 meyit təhvil verilib. Rusiya və Ukrayna arasında həlak olmuş hərbi qulluqçuların meyitlərinin əvvəlk
22 oktyabrİran Fars körfəzində dörd gəmiyə hücum etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib. xəbər verir ki, məlumatda deyilir ki, "Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib". "İİKK Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, əgər Vaşinqto
22 oktyabrAtlantik okeana da adını vermək istəyib - "Google" "yox" deyib
ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını "Tramp okeanı" ilə dəyişdirmək istədiyini, lakin "Google" şirkətinin baş direktoru Sundar Piçainin bu təklifi rədd etdiyini bildirib. "Qafqazinfo"nun məlumatına görə, Tramp coğrafi adlarla bağlı təşəbbüslərindən danışarkə
22 oktyabrBBC və BBC Scotland telekanalları bağlanacaq
Böyük Britaniyanın BBC media korporasiyası xərclərin azaldılması planı çərçivəsində BBC Three və BBC Scotland televiziya kanallarını gələn il bağlamağı planlaşdırır. Qərar korporasiyanın maliyyə vəziyyəti və gələcək yayım strategiyası ilə bağlı müzakirələrə səbəb olub. Məlumata görə, BBC təxminən 50
21 oktyabrRusiya Ukraynaya kütləvi hücum etdi: ölənlər və yaralananlar var
Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücumları nəticəsində ölən və yaralananlar var. Kiyevdə yaşayış binalarına və nəqliyyat infrastrukturuna ziyan dəyib, Xarkov, Donetsk və Çerniqov vilayətlərində də mülki əhali arasında itkilər qeydə alınıb. "Associated Press"i
22 oktyabrYəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb
Son 48 saat ərzində Yəməndəki husilərin Taiz əyalətinə hücumları nəticəsində səkkiz dinc sakin ölüb, daha 26 nəfər isə yaralanıb. "Report"un "Al Jazeera"ya istinadən xəbər verir ki, bu, Yəmən Hüquq və Azadlıqların Müdafiəsi Şəbəkəsinin hesabatında qeyd olunub. Təşkilatın məlumatın
21 oktyabrDünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22 oktyabr