Umayra Tağıyeva: "Son 15 ildə Xəzərin səviyyəsi təxminən metr yarım azalıb"
İyulun 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
"Xəzər dənizinin region ölkələri üçün əhəmiyyətini qiymətləndirmək çətindir. Beş ölkənin sahillərini yuyan Xəzər iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı, region üçün vacib iqlim təyinedici təsirə malikdir. Dəniz səviyyəsinin dəyişməsi həmişə ölkə iqtisadiyyatına böyük ziyan vurub. 1978-1995-ci illər hamımızın yadındadır, o zaman dənizin səviyyəsinin 2,5 metr qalxması infrastruktur obyektlərinin və yaşayış məntəqələrinin su altında qalması ilə nəticələnmişdi", - deyə Ü.Tağıyeva bildirib.
Onun sözlərinə görə, hazırda Xəzər dənizinin səviyyəsi enməyə başlayıb: "Son 15 ildə onun səviyyəsi demək olar ki, 1,5 m azalıb və 1977-ci ilin 100 illik minimumuna çatana qədər isə cəmi 80 sm qalıb. Uzunmüddətli tədqiqatlar göstərdi ki, səviyyə dalğalanmalarının maksimum amplitudası 3 m-dir. Əgər əvvəllər Xəzər dənizinin səviyyəsində bir əsr ərzində baş verən bu dalğalanmalar nisbətən "sabit iqlim" adlanan dövrə düşürdüsə, indi iqlim dəyişikliyi bu prosesə öz təsirini göstərir".
Onun sözlərinə görə, son on ildə iqlim dəyişikliyi dünya alimlərinin əvvəllər proqnozlaşdırdığından daha sürətlə baş verib: "Bu, öz nəticələrini bütövlükdə ekosistemlərə yükləyir. Bu baxımdan Xəzər dənizinin səviyyəsində dəyişikliklərin ən real proqnoz-ssenarisinin müəyyən edilməsi, eləcə də uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və ətraf region üçün həyati əhəmiyyət kəsb edir.
Məhz bu məqsədlə iyulun 5-də həm Xəzəryanı ölkələrin hidrometeorologiya xidmətlərinin nümayəndələri və alimləri, həm də xarici ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda beynəlxalq konfransda fikir mübadiləsi aparacaqlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir