Moskva ilə mübarizədə Kiyev hansi varliqlara sahibdir?

Moskva ilə mübarizədə Kiyev hansi varliqlara sahibdir?Rusiyanın Ukraynaya davam edən hərbi müdaxiləsi, Ukrayna müdafiə sistemini tez bir zamanda üstələyə bilməyən Rusiyanın hərbi imkanlarının zəif tərəflərini üzə çıxardı. Beləliklə, Ukrayna, müqayisədə köhnəlmiş olduğu və Moskvanın iddia etdiyi üstünlüyü göstərə bilmədiyi ortaya çıxan Rusiya texnikasına qarşı yararlılığını sübut etmiş Avropa silahlarına güvənə bildi.
Rusiya, öz maraqları üçün təhlükəli hesab etdiyi Kiyev rejimini yıxmaq və sözü gedən ərazidə "denazifikasiya" aparmaq üçün 2022-ci il fevralın 24-də həm öz ərazisindən, həm də Belarusun arxa pozisiyalarından Ukraynanın işğalına başladı. Qeyri-sabit zonada yüksək intensivli münaqişənin baş verməsinin faciəviliyindən və əksər NATO ölkələrinin etirazı fonunda ümumi beynəlxalq konflikt riskindən əlavə, beynəlxalq müşahidəçilər əməliyyatın gedişatını yaxından izləyirlər. Rusiya-Ukrayna münaqişəsi, həftələrdir sərhəddə qoşunların hərəkətindəki tədrici dəyişiklikləri müşahidə edən Qərb ekspertləri üçün böyük həyəcan mənbəyi olub və bu, həm də Moskvanın gücünün real miqyasını ortaya qoymaqdadır.
İlk həftədə - ictimaiyyətə açıqlanan və əsasən manipulativ xarakter daşıyan məlumatlara görə - tez bir zamanda təxmin edilən yüksək insan itkilərinə baxmayaraq, Rusiyanın hücumu sürətli oldu. Hələ də beynəlxalq ictimaiyyətin maddi dəstəyini almamış mütəşəkkil Ukrayna ordusuna qarşı Rusiyanın aşkar üstünlüyünün simvolu olaraq, münaqişənin başlamasından bir həftə sonra dünya mediasının diqqəti Kiyevə yaxınlaşan Rusiya zirehli karvanına yönəlmişdi. Bu, Ukrayna paytaxtına hücumun qaçılmaz olduğunun və Vladimir Zelenski rejiminin bir neçə gündən artıq Moskvanın "blits"inə müqavimət göstərəcək qədər güclü olmayacağının simvolu idi. Martın 1-də Rusiya tanklarının koloniyası Kiyevdən təxmini 25-30 kilometr aralıda idi. Onlar bundan irəli getmirdilər. Bir həftə sonra konvoy yerindən tərpənməmiş və Kiyev döyüşü hələ də başlamamışdı. Bu nöqtədə Rusiyanın imkanlarının həqiqi məhdudiyyətləri artıq aydın idi. Aydın idi ki, bəziləri 9 May Moskva Qələbə Günü Paradında nümayiş etdirilən yeni nəsil rus silahları döyüş meydanında paraddakı performansını təkrarlaya bilmir. Aşağı hərəkət qabiliyyətinə malik nəqliyyat vasitələri, hədəflərdə dəqiqlik göstərə bilməyən ballistik raketlər və ya Boeing Apache kimi rəqiblərdən xeyli geri qalan savaş helikopterləri ilə Rusiya hərbi sənayesinin zəif tərəfləri gün üzünə çıxdı. Rusiyanın Suriyaya müdaxiləsi zamanı bəzi ekspertlərin artıq müşahidə etdikləri faktlar bütün dünyanın diqqətini çəkmiş bu münaqişədə hamıya açıq-aşkar görünməyə başladı. Münaqişədən dörd ay sonra Moskvanın dövlət nəzarəti pərdəsindən ortaya çıxan rəqəmlər Rusiya ordusunun verdiyi itkilərin miqyasını göstərir: Böyük Britaniya Müdafiə Nazirliyinin Twitter səhifəsində, İkinci Dünya Müharibəsindən sonra Avropa torpaqlarında baş vermiş ən şiddətli qarşıdurmada, Moskva qoşunlarının üçdə birinin məhv oldğu bildirilir. İnsan itkiləri ilə yanaşı, Rusiya Ukraynada başlatdığı münaqişəni döyüşlər və ya həll edilə bilməyən texniki problemlər səbəbindən döyüş meydanında məhv olmuş avadanlıq zibilliyi kimi görür. Ukrayna xidmət orqanlarının açıqladığı məlumata görə, Rusiya münaqişənin başlanğıcından mayın ortalarına qədər 1200-ə yaxın tank itirib. Rəqəm müəyyən edilməsə də və Ukraynanın mövqeyi, şübhəsiz ki, qərəzli olsa da, digər mənbələr də böyük itkilərə işarə edirlər. Kəşfiyyat və hərbi xəbər saytı Oryx-in məlumatına görə, Rusiya hərbi texnikasının Ukraynadakı itkiləri cəbhə xəttindən göndərilən fotoşəkillər əsasında müəyyən olunur. Sayt iddia edir ki, Rusiya 2022-ci il mayın 13-ü etibarilə 664 tank və 3000-ə yaxın digər zirehli və ağır texnika itirib. Rusiyanın Ukraynada itirdiyi 664 tankdan 283-ü tərk edilib və ya Ukrayna qüvvələrinin nəzarətinə keçib. Bu önəmli statistika, Rusiyanın müasir texnikaya sahib ölkə kimi təqdim edilməsinin yanlışlığına diqqət çəkir. Lakin ən əsası, bu rəqəmlər həm də onu göstərir ki, Rusiya iddia edildiyi kimi nə Ukrayna kimi özündən ordu gücü baxımından daha zəif hesab edilən ölkələri asan bir şəkildə məğlub etməyə, nə də özünün beynəlxalq müştərilərini birinci dərəcəli avadanlıqlarla təmin etməyə yarayan ən müasir standartlara cavab verən müdafiə sənaye kompleksinə malik deyil.
Avadanlıq itkiləri və kəşfiyyat texnologiyalarının uğursuzluğu göstərir ki, Rusiya dünyada dördüncü ən böyük müdafiə büdcəsinə malik olsa da, investisiyaların həcminə baxmayaraq, ambisiyalarını həyata keçirmək üçün texniki imkanlara malik deyil.
Bir o qədər vacib məsələ odur ki, Moskvanın strateqlərinin ilkin planın uğuruna skeptik yanaşmaları faktı ilə yanaşı – ilkin plandan imtina edib əvəzində qüvvələrini Şərqdə cəmləməyə üstünlük verdiklərini nəzərə alsaq - digər maraqlı tərəflər, daha doğrusu, Rusiya hərbi texnikasının alıcıları da bu münaqişənin üzə çıxardığı Rusiya hərbi texnikasının arzuolunmaz vəziyyətindən narahatdırlar. 2021-ci ilə qədər Rusiya silah ixracına görə dünyada ABŞ-dan sonra ikinci yeri tuturdu. Rusiyanın hərbi-sənaye sektoru Hindistanı, bir sıra Yaxın Şərq ölkələrini və bir çox Afrika dövlətlərini silah-sursatla təmin edir. Bu hökumətlərin əksəriyyəti ilkin olaraq öz mövqelərində nisbətən neytral olsalar da, Rusiyanın öz daxilində baş verən hadisələrdən getdikcə daha çox narahat olmağa başlayıblar. Ukrayna kəşfiyyatı da daxil olmaqla bir neçə mənbəyə görə, Rusiya müdafiə sənayesinin iyirmi əsas oyunçusu beynəlxalq sanksiyalar nəticəsində münaqişə başlayandan bəri hasilatı və tədarükü dayandırmaq məcburiyyətində qalıb. Raketlər, hava hücumundan müdafiə sistemləri, dəniz texnikası və çatışmazlıqdan əziyyət çəkən və sifarişləri yerinə yetirə bilməyən digər sektorların sayı artmaqdadır. Və bu vəziyyət nəinki ümumi xammalda inflyasiyyanın artması fonunda beynəlxalq sanksiyaların güclənməsi ilə daha da davam edə bilər, həm də münaqişə uzanarsa, Rusiya xarici müştərilərdənsə böyük itkilər verən öz ordusunu silah-sursatla təmin etməyə üstünlük verə bilər. Nəzərə alsaq ki, dünyanın qalan hissəsi Kreml rejimini qınayıb sanksiyalara məruz qoyarkən, onlar beynəlxalq aləmdə Moskvanı silah alqı-satqısı yolu ilə dolayı maliyyələşdirməkdə günahlandırılırlar, elə isə bu beynəlxalq müştərilər də münaqişənin artan diplomatik təzyiqinin öhdəsindən gəlməli olacaqlar. Nəhayət, Ukrayna ərazisində Rusiya texnikası ilə bağlı insidentlər Rusiya istehsalı olan avadanlıqların beynəlxalq bazarda gözdən düşməsinə gətirib çıxaracaq. Mayın 6-da İsveçrə-Rusiya radio-televiziyası RTS-in xəbərində bildirilib ki, bu yaxınlarda Kiyev səmasında vurulmuş Rusiya pilotsuz təyyarəsinin qalıqları Ukrayna qüvvələri tərəfindən mətbuata təqdim edilib: dron gözə çarpan şəkildə yapışqan lentlə bağlanılıb və yanacaq çəni üçün adi plastik şüşədən istifadə olunub. Kəşfiyyat kamerasının özü keyfiyyətsiz idi və təyyarə aşağı hündürlükdə olduğu üçün Ukraynanın zenit sistemləri tərəfindən asanlıqla vurulmuşdu.

Ukraynanın müdafiəsi üçün Avropa silahları

Ukrayna münaqişəsində baş verən hadisələr həm də silah sənayesinin müşahidəçilərinə yüksək intensivlikli münaqişə zamanı xüsusi avadanlıqların təsirlərini öyrənmək üçün unikal "laboratoriya" təklif edir. Münaqişənin ilk bir neçə günündə Ukrayna silahlı qüvvələrinin açıq-aşkar geri çəkilməsi, ardınca Kiyevin ələ keçirilməməsi ilə təzahür edən tendensiyanın dəyişməsi böyük bir sual doğurdu: Ukrayna, NATO üzv ölkələri və ya digər dəstək verən ölkələrdən göndərilən hansı avadanlıqları istifadə edərək bu gedişatı əksinə dəyişə bildi?
Dövlətlərin bu həssas məsələ ilə bağlı təfərrüatları açıqlamaqda son dərəcə istəksiz olub, ancaq statiskanı elan etmələrinə baxmayaraq, müdafiə ekspertlərinin rəyləri bu məsələ ilə bağlı müəyyən fikir verir. Fevralın əvvəlində Polşa Ukraynaya "Piorun" daşına bilən hava hücumundan müdafiə sistemlərini verdi. Bu münasibətlə Polşanın müdafiə naziri Mariuş Blaşçak Tvitter səhifəsində Nazirlər Şurasının qəbul etdiyi qətnamə haqqında yazıb: "Polşa müdafiə nazirliyinin xahişi ilə, Nazirlər Şurası Ukraynaya yardım ilə bağlı qərar qəbul edib. Polşa özünün ən müasir hərbi texnikası olan "Piorun" daşınan zenit-raket kompleksini, eləcə də döyüş sursatını Ukraynaya verəcək. Piorun DZKR ("Daşınan Zenit-Raket Sistemləri" ifadəsinin qısaltmasıdır) Mesko şirkəti tərəfindən istehsal olunan Polşanın "Grom" raket sisteminin modernləşdirilmiş versiyasıdır. Avadanlığın modernləşdirilməsiylə, əsasən, infraqırmızı şüalanma həssaslığını dörd dəfə artırmaq hədəflənmişdi. Daşına bilən hava hücumundan müdafiə sistemi 1,82 kq döyüş başlığına malikdir və 4000 metrə qədər hündürlükdə və 6500 metrə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malik olduğunu vəd edir. Ukraynaya satılmazdan əvvəl Polşa ordusu artıq bu cihazla təchiz edilmişdi. Müdafiə Nazirliyi Polşa qüvvələrinə 2019-cu ildə təhvil veriləcək 420 DZKR-in tədarükü ilə bağlı müqavilə imzalamışdı.
Konfilkt zonasında fəaliyyət göstərən müxbirlərin verdiyi məlumata görə, döyüş meydanında Polşa texnikası Ukrayna qüvvələrinin döyüşçüləri üçün əvəzolunmaz vasitəyə çevrilib. Mayın 11-də Ukraynanın 95-ci Hava Hücum Briqadasının sözçüsü Yuri Koçevenko Tvitter hesabında Rusiyanın müasir Ka-52 helikopterinin vurulduğunu bildirib və bu, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən tez bir zamanda təsdiqlənib. Həqiqətən də, təyyarə Polşa istehsalı DZKR, Piorun tərəfindən vurulmuşdu. Oxşar hadisələr ötən günlərdə Xarkov və Severodonetsk arasındakı hazırkı döyüş bölgəsinin mərkəzində, İzum bölgəsində baş verib. Sahədən gələn məlumatlarda çoxlu sayda rus təyyarələrinin vurulmasında Polşa DZKR-lərin iştirak etdiyi bildirilsə də, bu məlumatların çoxu yoxlanılmamış və Ukrayna hakimiyyət orqanları tərəfindən təsdiqlənməmişdir.
Su-25 təyyarəsinin, Piorun raketi ilə vurulan ilk təyyarə olduğu bildirilir. Onun ardınca isə müasir Su-34 cəbhə bombardmançısı və Mi-24/35 helikopterinin də vurulduğu bildirilir. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Buna baxmayaraq, Ukrayna mənbələri Ka-52 helikopterinin vurulması ilə bağlı məlumatı təsdiqləyib. Üstəlik, göndərilən bəyanatlarda Piorun DZKR-lərinin hava-desant bölməsi tərəfindən istifadəsi açıq şəkildə qeyd olunur. Vurulan helikopterin şəkilləri tez bir zamanda internetdə yayıldı və onun tank əleyhinə, və bununla yanaşı, idarə olunmayan raketlərlə silahlandığını ortaya çıxdı. Mi-24/35 və Mi-28 ilə yanaşı, Ka-52 ruslar tərəfindən idarə olunan üç növ hücum helikopterindən biridir. 2022-ci ilin əvvəlində Rusiya silahlı qüvvələri 116 belə helikopterə sahib idi. Ən azı 14-ü Ukraynada ( İzumda vurulan bir helikopter daxil olmaqla) itkin düşüb. Əslində isə, ukraynalıların bu itkilərin elan olunan rəqəmdən iki dəfə artıq olduğunu təxmin etdiklərini nəzərə alsaq, əldən çıxan Ka-52-lərin sayı daha da çox ola bilər. Bu fakt, Polşa sərhədlərinin astanasında baş verən münaqişənin başqa bir faciəvi hissəsi olsa da, Piorun DZKR-lərinin dizaynerləri üçün məmnunluq mənbəyidir. Bu avadanlığın hazırlanması 2015-ci ildə başa çatdırılıb. Lakin, onun peşəkar ictimaiyyətə təqdimatı 2016-cı ildə Kielcedə keçirilən 24-cü MSPO tədbirində baş tutmuşdu.
İnfraqırmızı (İQ) ilə idarə olunan raket, geniş spektrli hava təhlükələrinə qarşı, gündüz və gecə, 6500 metr hədəf məsafəsi ilə 10 metrdən 4000 metrə qədər hündürlükdə uça bilər. Piorun-un dizaynında əsas diqqət hədəflərin aşkar edilərək məhv edilə biləcəyi məsafəni və uçuş hündürlüyünü artırmaq idi. İdarəetmə sistemi də yeni sensor, yeni alqoritmlər və yaxınlıq radarları (proximity fuse) ilə modernləşdirilmişdir. Döyüş başlığı, buraxılış mühərriki və soyuducu da dəyişdirilmişdir. Aşkarlama qazancı, diapazon, effektiv diapazon - hamısı artırılmışdır. Raket, eyni zamanda istənilən infraqırmızı şüalanmaya və ya əks tədbirə qarşı daha davamlıdır. Başlatma mexanizmi indi görmə sistemi ilə işləyir və istifadəçiyə təhlükəyə uyğun idarəetmə alqoritmini seçməyə imkan verən hədəf tipi keçidlərinə malikdir. Yeni müşahidə alətləri xüsusi dəstəyə quraşdırılıb və buraxılış sistemində yeni batareya bölməsi və yeni buraxılışa icazəvermə sxemi də var.

Rusiya hücumunun qarşısını almağa imkan verən strategiyalar

Ukraynadakı müharibə əvvəllər mövcud olan, lakin hələ də hansısa hegemon gücün iştirak etdiyi açıq münaqişədə geniş miqyasda istifadə edilməmiş bir silahın geniş şəkildə istifadəsini müşahidə etməyə fürsət verdi: müşahidə və ya xarici zərbələr üçün yox, bütövlükdə son silah rolunu oynayaraq hədəfləri vurması nəzərdə tutulan "kamikadze" dronları. Bu, həm də xarici tərəfdarlar tərəfindən təmin edilən ünsürlərdən biridir ki, Ukraynaya münaqişənin ilk həftələrində Rusiyanın hücumu ilə layiqincə üzləşməyə imkan verdi. ABŞ Müdafiə Nazirliyi Phoenix Ghost kamikadze dronlarının tədarükünü elan etməsiylə yanaşı, Kiyev silahlı qüvvələri bu məsələlərdə həm də Polşaya arxalana bildi. Martın sonunda Amerikanın Washington Post qəzeti Polşanın WB Electronics şirkəti tərəfindən hazırlanmış Warmate dronunun döyüş meydanında istifadə olunduğunu təsdiqlədi. Öz növbəsində, 2017-ci ilin sonunda Polşa Müdafiə Nazirliyi tərəfindən istifadəsi təsdiq ediləndən bəri Polşa hərbçiləri artıq bu texnikanı istifadəyə vermişdilər. Warmate dəhşətli keyfiyyətlərə malikdir: ən tipik intihar dronlarında olduğu kimi, döyüş meydanını tez bir zamanda skan etdiyi, bununla yanaşı ya təyyarənin özü, ya da üzərindəki döyüş başlığının köməyi ilə aradan qaldırılmalı olan hədəfləri sürətli şəkildə müəyyən etdiyi üçün Warmate asanlıqla aşkar edilə və qarşısı alına bilmir. Uzunluğu 1 metr, qanad genişliyi isə 1,4 metr uzunluğunda olan Warmate-in ümumi çəkisi isə cəmi 5 kiloqramdır. Onun asan büküləbilən dizaynı onu daşınma qutularına və ya bel çantalarına asanlıqla yerləşdirməyə imkan verir ki, bu da onun bəzən əraziylə tanış olmayan Rusiya ordusuna qarşı döyüş meydanlarını yaxşı bilən Ukrayna qüvvələri tərəfindən sürətlə daşınmasına imkan verir. Dron həmçinin bir cüt qatlanan, arxaya baxan əsas qanadlar və bir cüt şaquli, V formalı quyruq üzgəcləri ilə təchiz olunub. Bu intihar pilotsuz təyyarəsi həm pilotsuz təyyarənin, həm də bombanın üstünlüklərinə malikdir və hədəfinə hücum etməzdən əvvəl bir saata qədər havada qala bilir. Onlar, zirehli transportyor kimi hərbi nəqliyyat vasitələrindən tək bir operator tərəfindən idarə edilə bilər. Bu dronlar, beş dəqiqə kimi qısa müddət ərzində uçuşa hazır vəziyyətə gətirilir və, gecə və gündüz əməliyyatlarda istifadə oluna bilər. Polşa, rəsmi Varşavanı WB Electronics ilə bağlayan müqavilənin təfərrüatlarını açıqlasa da - 1000 dronun çatdırılması üçün 100 milyon zloti (təxminən 21,5 milyon avro) - ixracın və ya digər məntəqələrə çatdırılmanın təfərrüatları o qədər də aydın deyil. Faktlarla təsdiqlənən yeganə hissə Warmates-in həqiqətən də Ukraynaya və Türkiyəyə göndərildiyidir.
Avropanı sarsıdan geosiyasi aspektdən əlavə, Rusiyanın Ukraynaya müdaxiləsi qlobal silah bazarını sürətlə dəyişdirə biləcək katalizator rolunu oynayır. Rusiya qüvvələri üçün keçirilən bu "tam miqyaslı təlim" göstərdi ki, onun texnikası özündən daha zəif bir ordunun bir neçə həftəlik müqavimətinə tab gətirə bilmir. Bu ifşa Rusiya müdafiə podratçılarının müştərilərinin etibarını sarsıda bilər, nəzərə alsaq ki, onlar Moskvanı öz istehsal gücünü itkilərini kompensasiya etmək üçün Ukraynada cəmlədiyini görürlər. İxrac üçün mövcud olan Avropa alternativləri artıq həm qiymət baxımından, həm də döyüş meydanında istifadə baxımından Rusiya texnikasına qarşı rəqabət qabiliyyətini sübut edib.

Moskva ilə mübarizədə Kiyev hansi varliqlara sahibdir?Moskva ilə mübarizədə Kiyev hansi varliqlara sahibdir?Moskva ilə mübarizədə Kiyev hansi varliqlara sahibdir?


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1793   Tarix: 26 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xoşqədəm Hidayətqızı Tovuzun icra başçısını tənqid etdi - VİDEO

"ARB"də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısını tənqid edib. xəbər verir ki, "ARB" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bəzi dövlə

9 yanvar
.

Övladı olmayan meyxanaçının azyaşlı uşağa baxışları gündəm oldu - VİDEO

Tanınmış meyxanaçı Rüfət Nasosnu sosial mediada yayılan yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, kadrda sənətçinin bir azyaşlı uşağa baxış tərzi izləyicilərin diqqətini çəkib və müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri meyxanaçının həmin anlarda duyğulanmış halını fərqli cür şər

29 oktyabr 2025
.

Azərbaycanlı bacı-qardaş Dünya Kubokunda FİNALA ÇIXDI

Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təsnifat mərhələsi davam edir. xəbər verir ki, batut gimnastikası üzrə fərdi yarışlarda iki azərbaycanlı idmançı finala vəsiqə qazanıb. Gimnastikanın bu növü üzrə kişilər arasında fərdi yarışlarda Maqsud Mahsudov

21 fevral
.

Balaəli yeni doğulan OĞLU İLƏ - VİDEO

Meyxanaçı Balaəli Maştağalı yeni dünyaya gələn oğul övladı ilə bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, o, uzun müddətdir oğul övladı arzuladığını bildirib. Bunun səbəbini isə özü belə izah edib: uşaqlıqda futbolçu olmaq istədiyini, Tofiq Bəhramov adına stadionda 16-17 yaşına qədər futbol oynadığın

26 dekabr 2025
.

"HI Marketing Agency" ilə dünyanın getdiyi yerdə olun!

"HI Marketing Agency" reklam agentliyi olaraq, rəqəmsal dünyada güclü mövqe əldə etmişdir. Agentlik yaradıcı strategiyalar və təsirli reklam kampaniyaları, diqqət çəkici çəkilişlər ilə markaların rəqəmsal və ənənəvi formada önə çıxmasına vəsilə olur. Xidmətlər : . SMM – SMM Xidmeti, Instagram

26 may 2025
.

Belarus Azərbaycana süd konservlərinin tədarükünə başlayacaq

Belarusun "Rogaçev Süd Konservləşdirmə Kombinatı" Azərbaycanın "Foodini" və "Yaylaq" şirkətləri ilə süd konservləri, kərə yağı və quru süd məhsullarının tədarükünə dair saziş imzalayıb. xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsind

15 oktyabr 2025
.

Döyüşün ortasında qalan qız döyülərək huşunu itirdi - VİDEO

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda inanılmaz görüntülər qeydə alınıb. xəbər verir ki, bir marketin qarşısında iki qrup arasında naməlum səbəbdən dava düşüb. Tərəflər bir-birilərinə dəyənək və yumruqlarla hücum ediblər. Daha sonra digər şəxslərin də davaya qarışması ilə küçə döyüş meydanın

11 iyul 2025
.

Bu ölkədə hökümət "Telegram"ı qadağan etdi

Nepal hökuməti onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı artan narahatlıqlar fonunda məşhur mesajlaşma tətbiqi "Telegram"ın dərhal bloklanması barədə qərar verib. xəbər verir ki, qadağa cümə günü Nepal Telekommunikasiya İdarəsi (NTA) tərəfindən elan olunub və bu, ölkənin rəqəmsa

19 iyul 2025
.

Çinlilərin zəka artıran səhər YEMƏYİ - Sirri bu imiş

Tanınmış daxili xəstəliklər və kardiologiya mütəxəssisi Prof. Dr. Canan Karatay zəka inkişafını dəstəkləyən səhər yeməyi ilə bağlı yeni açıqlaması ilə gündəmə gəlib. xəbər verir ki, onun sözlərinə görə, zəkanın açarı "yumurtadır" və bu, qədimdən həm Türk mədəniyyətində, həm də Çin ənənələrind

1 iyul 2025