Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.
Gəminin taxta konstruksiyası qorunub saxlanılmasa da, arxeoloqlar Kekova adası yaxınlığında tapılan saxlama qablarını və daş lövbərləri eramızdan əvvəl 2600-2400-cü illərə aid ediblər. Bu tapıntılar gəminin dünyanın məlum olan ən qədim batmış gəmisi hesab edilməsinə əsas verib.
Batmış gəmi Antalyadakı Akdeniz Universitetinin sualtı arxeoloqu Hakan Önizin rəhbərlik etdiyi tədqiqatlar zamanı aşkar edilib.
"Akdeniz Universiteti Antalya vilayətinin Demrə rayonunda yerləşən Kekova bölgəsində araşdırmalar aparıb. Bu zaman erkən Tunc dövrünə aid amforaları olan batmış gəmi qeydə alınıb", deyə arxeoloqlar tapıntıya həsr olunmuş və "Journal of Maritime Archaeology" jurnalında dərc edilmiş tədqiqatda bildiriblər.
İki qulplu iri keramika qabları olan bu amforalardan bəziləri Levant bölgəsində erkən Tunc dövrünə aid keramika nümunələrinə bənzəyir. Levant müasir Livan, Suriya, İsrail və Fələstin ərazilərini əhatə edir.
Keramika qabları təxminən 30 metr dərinlikdə tapılıb. Onlar bir hissəsi qumla, digər hissəsi isə daşlarla örtülmüş dəniz dibinə səpələnmiş vəziyyətdə olub.
Qablardan biri Tunc dövründə kənd təsərrüfatı məhsullarının, xüsusilə şərab və zeytun yağının daşınması üçün istifadə edilən qablara bənzəyib.
"Bu amforanın yuxarı hissəsində iti alətlə çəkilmiş iki paralel xətt, orta hissəsində isə ziqzaq naxışı var", deyə arxeoloqlar yazıblar.
Tədqiqatçılar batmış gəminin yaxınlığında üç dəlikli iki daş lövbər və bir dəlikli daha bir lövbər də aşkar ediblər. Onlar Tunc dövrünə aid digər arxeoloji abidələrdə tapılan lövbərlərə bənzəyir.
"Gəminin batdığı ərazidə tapılan üç dəlikli daş lövbərlər Minoy, Kipr, Anadolu və Levantın Tunc dövrünə aid arxeoloji kontekstlərində rast gəlinən nümunələri xatırladır. Bir dəlikli daş lövbər isə Anadolu və Levant sahillərində Tunc dövrünə aid ərazilərdə aşkar edilən lövbərlərə bənzəyir", deyə tədqiqatçılar qeyd ediblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2196 Tarix: 15 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
15 noyabrABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı
ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla
15 noyabrAvropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15 noyabrKoşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
15 noyabrMacarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
15 noyabrAlimlər insan beyninin təkamülünə təsir edən mexanizmi aşkar ediblər
Alimlər insan beyninin inkişafında təkamülün rolunu izah edə biləcək yeni mexanizm müəyyən ediblər. xəbər verir ki, Tayvan və Yaponiyadan olan tədqiqatçılar DACH1 geninin fəaliyyətini tənzimləyən DNT hissəsini araşdırıblar. Məlum olub ki, həmin hissədəki təkamül dəyişiklikləri beynin inkişafı üçün vaci
16 noyabrKallas Rusiya ilə danışıqlara təsir göstərməyə çalışacağını bildirib
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqının diplomatik xidmətinin danışıqlar qrupuna daxil edilməməsinə baxmayaraq, Ukrayna məsələsi ilə bağlı Rusiya və ABŞ arasında aparılacaq danışıqlara təsir göstərməyə çalışacağını bildirib. xəbə
16 noyabr