Bakıda ərəb turistin ölümü ilə bağlı özəl klinikadan açıqlama - YENİLƏNİB
"Leyla Medical Center" baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama verib.
"Report"a daxil olan açıqlamada deyilir:
"Nəzərinizə çatdırmaq istərdik ki, 26.07.2022-ci il tarixində 15:48-də Təcili Tibbi Yardım vasitəsilə mərkəzimizə digər özəl tibb müəssisələrin birində müalicə alan, lakin vəziyyəti ağırlaşan pasiyent (Səudiyyə Ərəbistan vətəndaşı Muteb Almadui Saeed) təxliyə olunub.
Mərkəzimizə çatdırılan xəstənin vəziyyəti ilkin müayinə əsasında kəskin ağır olaraq dəyərləndirilib (huşu soporoz, dəri və selikli qişaları kəskin avazımış, tənəffüsü taxipnoe tipli, Arterial təzyiqi 34:16, ürək döyüntüləri 106).
Mərkəzimizə köçürülən pasiyent dərhal reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinə uyğun olaraq müvafiq təyinata əsasən müalicəyə başlanılıb. 18:45-də xəstənin ürək fəaliyyəti dayanmış, aparılan bütün tibbi müdaxilələrə baxmayaraq 19:10-da isə bioloji ölüm qeydə alınıb.
"Leyla Medical Center"də baş verən bu halla bağlı aidiyyəti orqanlara məlumat verilib və lazımi tədbirlər görülüb".
10:55
Bakıda özəl klinikada ərəb turist ölüb.
"Report" xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib.
Belə ki, Bakıda hotellərin birində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib.
O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı