Xalasının müəllim yanına apardığı 13 yaşlı qız İTKİN DÜŞDÜ
Sumqayıtda 13 yaşlı qız ötən gün itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Məryəm İsmayılova dünən saat 11 radələrində yoxa çıxıb. Onun üzərində ağ və qırmızı damalı köynək, qara şalvar, ağ rəngdə krosovka olub.
Ailənin dediyinə görə, həmin vaxt xalası onu hazırlığa aparıb, daha sonra isə Məryəmdən xəbər ala bilməyiblər:
"Gecəyə kimi axtarmışıq. Polis əməkdaşları da axtarırlar. Xalası onu müəllim yanına hazırlığa apardı, "Hiper" marketin yanında yolu keçirdi. Xalasının getdiyini görən Məryəm yolunu dəyişib və müəllim yanına getməyib. Sonuncu dəfə onu "Bravo" marketin yanından Heydər Əliyev parkına keçən zaman görüblər".
Məryəmin dayısı Rəşad Mahmudov Oxu.Az-a açıqlamasında onun 13-cü mikrorayon ərazisində itkin düşdüyünü deyib:
"Hələ tapılmayıb. Polislər indi kamera axtarışındadırlar".
Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Bölməsindən isə Oxu.Az-a bildirilib ki, dünən məlumat əldə edilən saatdan axtarışa başlasalar da, hələ ki nəticə əldə edilməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2175 Tarix: 27 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr