Buzovna sahillərində nə baş verir? Araşdırma aparılır-VİDEO
Buzovna qəsəbəsinin sahilləri və xüsusilə də zəbt edilən Buzovna qayaları sözün əsl mənasında azadlığına qovuşur. Artıq qayalıqlarda tikilən bəzi qanunsuz obyektlər sökülüb. Buzovna qəsəbəsi sakinləri sevinir, amma onları hələ də üzən başqa səbəb var. Onlar iddia edirlər ki, bir tərəfdə bu obyektlər sökülsə də, yaxınlıqda olan digər tərəfdə tikinti işləri aparılır.
Qanunsuz obyektlər sökülür. Qayalar sözün əsl mənasında azadlığına qovuşur.
Bura Xəzər rayonu, Buzova qəsəbəsi sahilləridir. Ölkə başçısının da dünən dediyi kimi, Buzovnada tarixə və təbiətə qarşı törədilmiş cinayət aradan qaldırılır.
Hazırda ölkə başçısının tapşırığına uyğun olaraq, bütün ölkə üzrə, o cümlədən Abşeron yarımadasında sahilboyu ərazilərdə qanunsuz zəbtetmə halları araşdırılır. Qanunsuzluqlar müəyyən edilən kimi adekvat addımlar atılır
Sakinlər iddia edirlər ki, söküntü işlərinin aparılmasına baxmayaraq, həmin ərazidə dəniz kənarında başqa obyektlərin tikintisi davam edir.
İddialarla bağlı tikilməkdə olan yaşayış komleksinə getdik. Kompleksin rəsmisi İqbal Həsənov bildirdi ki, həmin yerdə villaların tikintisi 13 hektarlıq ərazidə aparılır və ərazi rəsmi olaraq onların mülkiyyətindədir. O, insanların çimərliyə buraxılmaması iddialarına da münasibət bildirdi.
O ki qaldı işlərin gecə saatlarında aparılmasına, İqbal Həsənov bildirdi ki, may ayından başlayaraq sentyabr ayının ortalarına qədər ərazidə hər hansı tikinti işləri aparılmır. /İqtisadiyyat.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı