"YAŞAT" Fondundan qazi Amillə bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, teleaparıcı Azər İsmayılov (Azər Zahid) "tiktok" sosial şəbəkəsində qazilərə yardım etməsi ilə bağlı video yayımlayıb.
AZXEBER.COM xəbər verir ki, onun qazi Amil Əliyevə dialoqu isə gündəmə çevrilib.
Qazi səhhəti ilə bağlı açıqlamasında "Bilirəm ki, xarici ölkələrdə gözümün müalicəsi var, buynuzlu qişa olarsa, gözümün biri görə bilər" deyə bildirib.
Azər Zahid eyni zamanda qaziyə 1530 AZN pul verib.
AZXEBER.COM məsələnin aktuallığını nəzərə alaraq dövlətin qazimizə hansı yardım etməsi ilə bağlı "YAŞAT Fondu"na sorğu ünvanlayıb.
Fonddan bildirilib ki, qazi Amil Əliyevə 5 min manat yardım edilib:
"Müharibə əlilli Amil Əliyev Faiq oğluna məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətləri üzrə yardım edilib. Belə ki, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 2021-ci ilin 18 mart və 2021-ci ilin 24 sentyabr tarixlərində daxil olan müraciətləri təmin olunaraq ümumilikdə 5000 AZN vəsait onun bank hesabına köçürülüb.
Eyni zamanda şəxs İsrail dövlətindən dəvət olunan həkim heyəti tərəfindən müayinə edilib.
Nəzərinizə çatdıraq ki, "YAŞAT" Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı