Sürücülərin DİQQƏTİNƏ: Bu dayanacaqda saxlasanız CƏRİMƏLƏNƏ bilərsiniz - VİDEO
Dayanacaq nişanı olsa da, burada sərnişinlərə görə saxlayan avtobuslara cərimələr yazılır. M4 yolunun "Sulutəpə dairəsi"ndən üzü Xocahəsən qəsəbəsi istiqamətində gedən hissəsindəki dairədən sonrakı dayanacaqda sürücülər sərnişin düşürüb-mindirə bilmirlər.Buna səbəb təhlükəsiz şəhər kamerası vasitəsilə onlara cərimə yazılmasıdır. Halbuki ərazidə 5.12 nişanı var.
Həmin dayanacaqdan keçən 102, 259, 157, 158 və 551 saylı avtobuslara indiyə qədər 1100 manat məbləğində cərimə yazılıb. Bu vəziyyətdə sürücülər orada saxlamadıqları üçün sərnişinlərlə mübahisə etməli olurlar.
Cərimələr ardıcıl olaraq yazıldığına görə, artıq həmin marşrut xətlərinə sözügedən dayanacaqda saxlamamaq tapşırılıb. Bu vəziyyətdə isə sürücülər sərnişinlərlə üz-üzə qalırlar.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edildiyi də deyilir. Ancaq hələlik nə yazılan cərimələri silən var, nə də problemi həll edən.
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən ərazidə 5.12, yəni avtobuslar üçün nəzərdə tutulan dayanacaq yerini bildirən nişan quraşdırılıb. Buna görə də, həmin ərazi 102, 259, 157 və 158 saylı müntəzəm marşrut xətlərinin dayanacaq məntəqəsi kimi tanınır və təsdiqlənib. Avtobuslar həmin nişandan 1 metr geridə, 15 metr isə irəlidə saxlayıb sərnişin düşürüb-mindirə bilərlər.
Baş Dövlət Yol Polisi İdarəsindən isə qeyd edildi ki, həmin şəxslər məsələ ilə bağlı idarəyə müraciət etsinlər. Onların müraciətinə baxılacaq və problemlərinin həlli istiqamətində qanunvericilik çərçivəsində addımlar atılacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı