Sənədlərini ala bilməyən tələbələrə universitetdən CAVAB - YENİLƏNİB + VİDEO
Qərbi Kaspi Universitetindən tələbələrə köçürülmə üçün sənədlərin verilməməsi ilə bağlı iddialara cavab verilib.
Təhsil müəssisəsindən BAKU.WS-ə verilən məlumata görə, dünən bütün müraciət etmiş tələbələrə müvafiq sənədlər təqdim olunub.
"Köçürmə tələbənin müəyyən çərçivədə hüququdur, transkriptin verilməməsindən söhbət gedə bilməz, sadəcə işçilər məzuniyyətdə olduqlarından bir qədər ləngimə baş vermişdi, bu da aradan qaldırıldı.
Amma istənilən halda diqqətinizi bir məsələyə yönəltmək istərdik ki, dövlətin tələbələrin köçürülməsi ilə bağlı yaratdığı şəffaf mühitdən bəzi işbazlar öz məqsədləri üçün istifadə edirlər. Bu çirkli mexanizmə qarşı mübarizə aparılmalıdır", - açıqlamada qeyd olunur.
11:51
Qərbi Kaspi Universitetinin tələbələri təhsil müəssisələrini dəyişmək üçün ali məktəbdən lazım olan akademik arayışı ala bilmirlər.
Həmçinin tələbələrlə yanaşı, valideynlər də üç gündür ki, universitetin korpusları arasında get-gəldə qalıblar.
Tələbələrdən biri bildirib ki, universitet işçisi ona yazan gəncləri blok edib:
"Məzuniyyətini pozduğumuza görə bizi şikayət edəcəyini dedi".
Bəzi tələbələr isə iddia edirlər ki, universitet onlara qarşı qanunsuz tələblər irəli sürür.
Universitetdən "Xəzər Xəbərə" bildirilib ki, səslənən iddialar əsassızdır.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı