Bakıda evlərindən çıxmaq istəməyən sakinlərin mənzilləri dağıdılır? – ANBAAN VİDEO
Bakıda yaşadıqları binadan köçmək istəməyən sakinlərin mənzillərinin qapılarının sındırıldığı, evlərinin yararsız vəziyyətə salındığı iddia edilib.
Bununla bağlı vəkil Cavad Cavadov paylaşım edib.
Onun sözlərinə görə, hadisə paytaxtın Yusif Səfərov küçəsində yerləşən binalardan birində baş verib.
Vəkil iddia edib ki, bu işlərə Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi Zülfəli İsmayılov nəzarət edir və tapşırıqlarını verir:
"Dünən 27 iyul 2022-ci ildə hüquqlarını müdafiə etdiyim və mənzilini icra hakimiyyətinin şərtləri ilə satmayan Solmaz Həmidovanın 10-cu mərtəbədə yerləşən 34 saylı mənzilinin qapısı sındırılıb, mənzilin içərisi dağıdılıb, yaşayışa yararsız hala salınıb. Bütün qanunsuzluqlar videomüşahidə kameraları ilə lentə alınıb. Bu, əslində qanunsuzluq deyil, vandallıqdır, barbarlıqdır"./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1990 Tarix: 28 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr