Qəbul imtahanlarından narazılıq: "Fənlərin sayı azaldılsın, təhsil müddəti üç il olsun" – FOTO
Ali məktəblərə qəbul imtahanları yekunlaşsa da, ətrafındakı müzakirələr bitmək bilmir. Qəbul imtahanlarının ümumiyyətlə ləğvi və yaxud fənlərin sayının azaldılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər irəli sürülür. Mütəxəssislər hesab edirlər ki, abituriyentin seçdiyi ixtisas qrupunda o qədər də əhəmiyyəti olmayan fənlər var. Şagird də sırf həmin fənnə görə aşağı nəticə göstərir və istədiyi ali məktəbə daxil ola bilmir.
Hətta qəbul imtahanlarının ləğv olunmasını təklif edənlər də var.
Xatırladaq ki, ötən ay təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan "Hədəf" verilişində valideynlərin fənlərin çoxluğundan şikayətləndiklərini bildirib. Nazir şikayətləri haqlı hesab etdiyini, bu məsələni gündəmdə saxladığını əlavə edib.
Maraqlıdır, növbəti ildə qəbul imtahanlarında fənlərin sayının azaldılması gözlənilirmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, gənclərin ali məktəblərə qəbulunu asanlaşdırmaq lazımdır:
"Ali məktəblər giriş qapılarını tələbələrin üzünə geniş açmalı, çıxış qapılarını daraltmalıdır. Təəssüf ki, biz çətin imtahanları giriş qapısında aparırıq. Lakin tam əksi olmalıdır. Diplomda güzəşt olmalı deyil. Savadlı kadr yetişdirmək üçün bunu etməlidirlər. Sərbəstliyi özümüzdən uzaqlaşdırmışıq. Yenilik edəndə onu dərk etməli, fəlsəfəsini başa düşməliyik".
Təhsil eksperti Ramal Şəmşədli yersiz fənlərin çoxluğundan danışıb:
"Ümumi olaraq ballara nəzər yetirsək, görərik ki, nəticələr olduqca aşağı oldu. Bunun ən böyük səbəbi düzgün qrup və ixtisasların müəyyənləşdirilməməsidir. Kimin bacarıqları hansı istiqamət üzrədirsə, oraya da yönəlməlidir. 9-cu sinifdən artıq qruplar məlum olmalıdır. O qədər hazırlaşanlar var ki, onların çoxunun bilik və bacarıqları seçdiyi qrupa uyğun deyil".
R.Şəmşədli əlavə edib ki, fənlərin sayı maksimum dərəcədə azaldılmalıdır:
"Ölkəmizdə yüzlərlə tələbə attestatla xaricə üz tutur. Hər hansı ölkə vətəndaşı bizim dilimizi bilməyə-bilməyə burada oxuya bilir, öz vətəndaşımız təhsil ala bilmir. Gedib Avropada təhsil ala bilirsə, biz niyə altı-yeddi fənnə yüklənmişik? Fənlərin sayı üçə endirilməlidir".
Ekspert gənclərin savadsızlığa doğru irəlilədiklərini qeyd edib:
"Təhsilimizin çatışmayan cəhətləri çoxdur. Bu il də 700 bal toplayan olmadı. Fikrimcə, orta məktəb 12 illik olmalıdır. Universitet təhsili üç ilə endirilməlidir. Gənclər savadsızlığa, boş əzbərçiliyə doğru gedirlər. Əzbərçilik də inkişaf yolu deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı