Meşəətrafı yaşayış məntəqələrinin qazlaşdırılması perspektivləri mövzusunda növbəti görüş keçirildi
Meşəətrafı yaşayış məntəqələrinin qazlaşdırılması perspektivləri və bu istiqamətdə birgə fəaliyyətin müzakirəsi mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azəriqaz" İstehsalat Birliyi yanında fəaliyyət göstərən İctimai Şuralar arasında növbəti görüş keçirilib.
Sonxeber.az xəbər verir ki, görüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev və hər iki qurumun struktur bölmələrinin rəhbər şəxsləri də iştirak edib.
Görüş zamanı respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində perspektiv fəaliyyət planının hazırlanması və planın reallaşdırılması üçün İctimai Şuralar tərəfindən dəstək göstərilməsi məsələləri müzakirə olunub.
Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələrinin təklif və tövsiyələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, ictimaiyyətin məlumatlandırılması məqsədilə koordinasiyalı fəaliyyətin həyata keçirilməsi və belə görüşlərin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 868 Tarix: 28 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr