Kamran Əliyev reket jurnalistikadan DANIŞDI - VİDEO
"Mənə elə gəlir ki, bəzən sosial media istifadəçiləri, mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər. Hüquqi məsələlərdə bəzi mürəkkəb məqamlarla bağlı o dərəcədə asanlıqla rəy verib, qəti fikirlər səsləndirirlər ki, bu, yolverilməzdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Real TV"yə müsahibəsində baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, hüquq - kifayət qədər mürəkkəb elmdir:
"Hüquqi məsələlərdə sübutlar, onların təhlili, qiymətləndirilməsi prosesləri kifayət qədər çoxşaxəlidir. Müstəntiqlər, prokurorlar, hakimlər tərəfindən bu məsələlərə zaman ayrılır. İşin incəliklərini bilmədən, sübutları bilmədən şərh vermək olmaz. Məsələn, Tərtər işi ilə bağlı elə fikirlər irəli sürülür ki, bu, yolverilməzdir. Düşünürəm ki, bu kimi halların qarşısını almaq üçün biz müəyyən tədbirlər planı hazırlamalıyıq. Bu planı da media orqanları ilə birgə həyata keçirməliyik".
K.Əliyev reket jurnalistika ilə bağlı da fikirlər səsləndirib:
"Düşünmürəm ki, reketlik təkcə jurnalistikaya aiddir. Bu, şərti bir termindir. Əslində, burada söhbət hədə-qorxu və tələbetmədən gedir. Bəzən jurnalistlər kimi fəaliyyət göstərdiyini deyənlər, eləcə də sosial media istifadəçiləri tərəfindən bu məqamlara yol verilir. Reket deyilən anlayışın qanunda öz maddəsi var, belə ki, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə tənzimlənir. Bu, təkcə jurnalistikada deyil, digər sahələrdə də müşahidə edilən cinayətkar fəaliyyət kimi qiymətləndirilir. Bu kimi faktlar aşkarlandıqda həmin şəxslər məsuliyyətə cəlb edilirlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı