Məktəblərdə rus bölməsi bağlana bilər?-AÇIQLAMA
"Rus bölməsində təhsil alan şagirdlərin sayı Azərbaycan bölməsində təhsil alan şagirdlərdən dəfələrlə azdır. Ölkədə 1 milyon 600min şagird oxuyursa, bunun təqribən 14%-i rus bölməsində təhsil alır".
Bunu Sonxeber.az-a olan açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.
O qeyd edib ki, hər il rus bölməsinə sənəd verənlərin sayı günü-gündən artır. Ümumi təhsil haqqında qanunun 6-cı maddəsinin 4-cü bəndinə uyğun olaraq qeyri azərbaycan bölmələrində təhsil almaq istəyənlər müsahibə verməlidirlər.
"Düşünmürəm ki,rus bölməsinə olan maraq azalıb.Rus bölməsində olan təhsil Azərbaycan bölməsindən daha yaxşıdır fikri də yanlışdır".
Bəs bəzi valideynlər övladlarını niyə məhz rus bölməsinə yazdırmağa çalışırlar?
"Valideynlər istəyirlər ki, övladları xarici dil öyrənsinlər. Hazırda məktəblərdə 6 xarici dil tədris olunur. Bunlar ingilis,rus fransiz,ərəb,alman və fars dilidir. Məktəblərdə bu dillərdən əsasən ingilis dili tədris olunur. Nəticə ondan ibarətdir ki, qanunvericiliyə əsasən 11-ci sinifi bitirən şagirdlər ən az bir xarici dildə ünsiyyət saxlamağı bacarmalıdır. Ölkədə təqribən 30 minə yaxın xarici dil müəllimi var. Bu xarici dil müəllərinin özlərinin heç 10%-i tədris etdiyi xarici dildə danışa bilmir.Azərbaycan məktəblərində xarici dilin tədrisinə xüsusi önəm verilib, xarici dil müəllimləri sertifikasiyadan keçirilməlidir. Bundan əlavə xarici dil müəllimlərinin xüsusi hazırlığı nəzarətə götürülməlidir. Belə olduğu təqdirdə rus bölmələrinə olan axın azala bilər".
Xatırladaq ki, ötən gün təhsil naziri Emin Əmrullayev "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə rus bölmələrinə olan marağın hələ də qüvvədə olduğunu bildirib.
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı