"Açıq mikrofon" aksiyası qazilərin marağına səbəb olub
Sakinlərin qazla bağlı şikayət və təkliflərinin yerində dinlənilməsi məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası bu dəfə respublikanın dağlıq rayonlarından olan Qubada qurulub.
Sonxeber.az xəbər verir ki, böyük marağa səbəb olan aksiyada sakinlər qazla bağlı müraciətlərini açıq ifadə ediblər.
Əsasən yaşayış məntəqəsinin qazlaşması, yaranmış borcun araşdırılması, fərdi evlərə qaz xəttinin çəkilməsi və s. ilə bağlı vətəndaşların müraciətləri Birlik əməkdaşları tərəfindən həm dinlənilib, həm də rəhbərliyə çatdırılması üçün qeydiyyata alınıb. 44 günlük Vətən müharibəsində iştirak edib yaralanan qazilərimiz də tədbirdə iştirak edərək işlə təmin olunmalarına köməklik göstərilməsini istəyiblər.
Qeyd edək ki, "Açıq mikrofon" aksiyasında səsləndirilən və qeydiyyata alınan bütün müraciətlərin icrasına Birlik rəhbərliyi nəzarət edir.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 912 Tarix: 28 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr