Qazinin xanımının iddialarına RƏSMİ CAVAB

Qazinin xanımının iddialarına RƏSMİ CAVABXəbər verdiyimiz kimi, Baş Prokurorluğun rəsmi məlumatına əsasən, iyulun 21-də Vətən müharibəsi iştirakçısı Vüsal Məmmədov intihara cəhd edib. 1987-ci il təvəllüdlü Ağdaş sakini dərman həbləri qəbul edərək özünü öldürmək istəyib.

Vüsal Məmmədovun xanımı Aynurə Məmmədova "Qafqazinfo"ya müraciət edərək bildirib ki, həyat yoldaşının içdiyi dərmanlar elə öz müalicəsi üçün qəbul etdiyi həblər olub. Qadının iddiasına görə, intihara cəhdə səbəb ərinin təzyiqlərə məruz qalmasıdır: "Müharibədən sonra həkimlər ona psixotrop tərkibli dərmanlar təyin etmişdi. Hadisə baş verən gün mənə zəng vurdu və dedi ki, "Polislər imkan vermirlər alver edəm, dərmanların hamısını içmişəm, daha yaşamaq istəmirəm". Mən özümü mağazaya çatdırınca huşunu itirmişdi. Təcili yardım çağırıb onu xəstəxanaya çatdırdıq. Düz 78 saat koma vəziyyətində qaldı. Şükür, indi yaxşıdır".

Aynurə Məmmədovanın sözlərinə görə, hadisə mağazada baş verib: "Bir neçə ildir ki, rayonun mərkəzində kiçik bir mağaza icarəyə götürərək qab-qacaq satmaqla məşğul oluruq. Ailəni bu yolla dolandırırıq. Üç yaşında bir uşağımız da var. O müharibədə olanda mağazada özüm işləyirdim. Elə hadisə də həmin mağazada baş verib. Son vaxtlar rayonun polisləri tez-tez mağazaya gəlib, onu narahat edirdilər. Biz də yaxşı bilirik ki, küçə ticarəti olmaz. Malları ayaq altına yığmamışıq. Mağazanın qarşısında pilləkən var və satmaq üçün olan qabları ora yığırdıq. Yəni heç kimə mane olmurdu. Polislər tələb edirdilər ki, qabları oradan yığışdıraq. Vüsal da yığmayıb. Bundan sonra malları mağazaya polislər yığıb. Hadisəyə səbəb polislərin malları mağazanın içərisinə yığması olub. Həmin vaxt Vüsalla polislər arasında mübahisə düşüb, onunla kobud davranıblar".
Qazinin xanımının iddialarına RƏSMİ CAVABİddialarla əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin Şəki regional qrupundan müraciətimizə cavab olaraq bildirildi ki, Ağdaş rayon sakini, Vətən müharibəsi qazisi Vüsal Məmmədovun polis əməkdaşlarının onunla kobud davranmasından sonra artıq sayda dərman preparatı qəbul edərək zəhərlənməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Belə ki, Vüsal Məmmədov müharibədə aldığı xəsarətlər səbəbindən mütəmadi olaraq müalicə alıb və dərman preparatlarını vaxtlı-vaxtında qəbul edə bilməsi üçün onları daim üzərində daşıyıb. Həmin gün özü də bilmədən dərmanları normadan artıq qəbul etdiyi üçün zəhərlənib. Hazırda onun vəziyyəti normaldır".

Qazinin son vəziyyəti haqda məlumat almaq üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Tibb ocağının baş həkimi İntiqam İbrahimov "Qafqazinfo"ya açıqlamasında bildirdi ki, hazırda qazinin vəziyyəti yaxşıdır: "Bir-iki günə evə göndərəcəyik".

TƏBİB-dən də qazinin durumunun stabil olduğu, həkim nəzarəti altında müalicəsinə davam etdiyi bildirildi.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Vüsal Məmmədov müharibədə göstərdiyi rəşadətə görə "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Onun intihara cəhdi faktı ilə bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Qazinin xanımının iddialarına RƏSMİ CAVABQazinin xanımının iddialarına RƏSMİ CAVABQazinin xanımının iddialarına RƏSMİ CAVAB


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1537   Tarix: 28 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr